Mətbuat Şurasının sədri: “Əfqan Muxtarlı ilə bağlı məsələ Penitensiar Xidmətinin rəhbərliyinin diqqətindədir”

about1

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov jurnalist Əfqan Muxtarlının vəkilinə təzyiq göstərilməsinə dair iddialara münasibət bildirib. Şura sədri bununla əlaqədar özünün facebook səhifəsində paylaşım edib.

Ə.Amaşov bildirib ki, 24 sentyabr 2019-cu il tarixdə  bir qrup jurnalist Azərbaycan Mətbuat Şurasına gələrək 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən jurnalist Əfqan Muxtarlının vəkilinə sözügedən həbsxanada təzyiq göstərildiyini iddia ediblər. Onlar bu halı jurnalistin müdafiə olunmasına maneçilik kimi dəyərləndiriblər.

“Azərbaycan Mətbuat Şurası olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyi ilə əlaqə saxladıq, müzakirə apardıq. Məsələ Pentensiar Xidmətin diqqətindədir. Bununla əlaqədar araşdırma aparılır, əsl həqiqətlər üzə çıxarılacaq. Belə bir hadisə baş veribsə, müvafiq ölçü götürüləcəkdir”, - deyə Ə.Amaşov vurğulayıb.

25.09.2019