Adil Cəmilin 65 illik yubileyi qeyd edilib

about1

Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Keçmişimizə ehtiram gələcəyimiz üçün təcrübə qaynağıdır” layihəsi çərçivəsində oktrabrın 17-də Beynəlxalq Mətbuat Mərkəzində Əməkdar jurnalist, tədqiqatçı-alim, tanınmış şair Adil Cəmilin anadan olmasının 65 illiyinə həsr olunmuş yubiley mərasimi keçirib.

Mərasimi açan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Adil Cəmilin həyat və yaradıcılıq yolundan danışıb, mətbuatımızın inkişafında xidmətlərinə görə ona Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim edib. Həmçinin yubilyara Ahıl Jurnalistlər Məclisinin ənənəvi hədiyyəsi - qol saatı verilib.

Mərasim iştirakçılarından Məzahir Süleymanzadə, Sabir Rüstəmxanlı, Həbib Misirov, Nəsir Əhmədli, Əlövsət Ağalarov, Ramiz Məmmədzadə, İradə Aytel, Ramiz Əskər, Şəmsiyyə Kərimova, Ağacəfər Həsənli, Yusif Hüseyn, Elçin Məmmədli və başqaları çıxış edərək Adil Cəmilin yaradıcılıq xüsusiyyətlərindən, elmi tədqiqatlarından, tərcümə etdiyi əsərlərdən danışıblar.

Yubilyar göstərdikləri qayğı və diqqətə görə Azərbaycan Mətbuat Şurasına, Şuranın Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarına minnətdarlığını bildirib.

17.10.2019