Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası DİN-ə müraciət ünvanladı

Mətbuat Şurası təzyiq faktını pisləyir, bunu ölkəmiz barədə mənfi rəy yaratmağa yönələn təxribat xarakterli əməl kimi dəyərləndirir

Azərbaycan Mətbuat Şurası iyunun 15-də Bakıda ABŞ jurnalisti Amanda Eriksona və Böyük Britaniyadan olan hüquq müdafiəçisi Silya Devisə naməlum şəxslər tərəfindən fiziki təzyiq göstərilməsini pisləyir və hadisədən ciddi narahatlığını bildirir. Bu fikir qurumun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətdə vurğulanıb.

Müraciətdə bildirilir ki, A.Erikson və S.Devisin ölkəmizdəki fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A.Erikson həmçinin ABŞ-ın nüfuzlu «Vaşinqton post» və «Nyu-york tayms» qəzetləri ilə də əməkdaşlıq edir. «Mətbuat Şurası hər iki şəxsə qarşı təzyiq faktını pisləyir, bunu ölkəmiz barədə mənfi rəy yaratmağa yönələn təxribat xarakterli əməl kimi dəyərləndirir».

Məktubda həmçinin hadisəni törənədlərin tezliklə tapılaraq qanuna müvafiq surətdə məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »