Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi» layihəsi üzrə monitorinq başa çatdırılıb

Monitorinqin 4-cü həftəsinin nəticələri

Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət  Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı «Parlament seçkisinin işıqlandırılmasında KİV-lərin rolu: media monitorinqi başlıca amil kimi» layihəsi üzrə apardığı monitorinqin dördüncü həftəsinə yekun vurub.

Monitorinq “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na əsasən keçirilib. Həmçinin KİV materiallarındakı hüquqi pozuntu faktlarına nəzər salınıb. Seçki ilə bağlı konkret təbliğat plakatları monitorinqin tədqiqat predmetinə daxil edilməyib.

Monitorinq ölkənin müntəzəm yayımlanan 60-dək gündəlik və həftəlik qəzetində aparılıb. Həmin KİV-lərdə 31.10. - 07.11.2010 tarixləri aralığında gedən materialların ümumi sayı 3225-dir. Bu, monitorinqin ilk həftəsi ilə müqayisədə 265, ikinci həftəsi ilə müqayisədə isə 215, üçüncü həftəsi ilə müqayisədə isə 188 rəqəm çoxdur. 3225 materialdan 2875-i gündəlik qəzetlərin, 350-i həftəlik qəzetlərin payına düşür. Hesabat həftəsi ərzində seçki ilə bağlı materialların ümumi materiallarla faiz nisbətində irəliləmə əvvəlki həftələrlə müqayisədə daha çox olub. Belə ki, əvvəlki həftələr ərzində göstərici müvafiq olaraq 29,3, 33,4 və 39,9 faiz idisə, bu dəfə 48,9 faizdir.
 
Seçki materiallarındakı janr xüsusiyyətlərinə gəldikdə diqqətçəkən cəhətlərdən biri xəbər janrına daha çox üstünlük verilməsidir - 54,4 faiz. İlk hesabat həftəsində bununla bağlı göstərici 49,4, ikincidə 44,3, üçüncüdə isə 46,7 faiz olub.

Monitorinqdə peşə prinsiplərinin pozulmasına üç cəhətdən yanaşılıb. Pozuntu faktlarının “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərində nəzərdə tutulan bəndlər üzrə dəyərləndirilməsi, hüqiqi dəyərləndirmə, pozuntu faktlarındakı konkret təzahür formalarının dəyərləndirilməsi.

Monitorinqi aparılan qəzetlərin seçki ilə bağlı materiallarında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulmasına dair həftə ərzində 154 fakt qeydə alınıb. Ötən 3 hesabat həftəsində bu rəqəm müvafiq surətdə 141, 147 və 158 olub. Maraqlı cəhət monitorinqin sonuncu həftəsində pozuntu faktlarının sayında kəskin olmasa da, azalmanın müşahidə olunmasıdır. 154 pozuntu faktından 139-u gündəlik, 15-i həftəlik qəzetlərin payına düşür.

Seçki ilə bağlı materiallarda qanun pozuntularına da rast gəlinir. Monitorinq zamanı yazıların diffamasiya baxımından məhkəmə perspektivinin olub-olmaması araşdırılmış, söz və mətbuat azadlığınnın prinsipləri geniş şəkildə əsas götürülərək bir çox məqalələrin ölkənin mövcud qanunvericiliyi ilə ziddiyyət təşkil edən tərəfləri nəzərdən keçirilib. Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququ da diqqətə alınaraq mülki və cinayət hüququ baxımından müəyyən edilən pozuntular seçilib. Bu xüsusiyyətlər nəzərə alınaraq 22 materialda hüquqi nöqteyi-nəzərdən pozuntu olduğu ehtimalı müəyyən edilib. Həmin rəqəm ilk hesabat həftəsində 12 olduğu halda, ikincidə 16,  üçüncüdə 19 olub. Artımı şərtləndirən xüsusiyyəti təbii amillərlə əsaslandırmaq mümkündür. Materialların sayı artdıqca onların təqdimatındakı hüquqi pozuntu faktlarının sayında da artım müşahidə edilib. Lakin bu həftədə də diffamasiya hallarında azalma baş verib. İlk hesabat həftəsində bununla bağlı 7, ikincidə 11, üçüncüdə 10 rəqəmi qeydə alınmışdısa, dördüncü hesabat həftəsinə olan göstərici 9-dur. Diffamasiya yaradan materiallar hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2 (böhtan), 148 (təhqir) maddələrinin habelə 283-cü maddəsinin (milli, irqi, dini ayrıseçkiliyin yolverilməzliyi) pozulması faktı kimi qiymətləndirilə bilər. 22 materialdan digər 13-də isə cinayət məsuliyyəti yaratmayan, lakin mülki qanunvericiliyə və «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikasının Qanununa zidd olan, bəzi şəxslərin mənafeyinə, işgüzar nüfuzuna, şəxsi həyatına toxunan ifadələr vardır.

Pozuntu faktlarındakı konkret təzahür formalarına gəlincə, burada balansın gözlənilməməsi, faktın, hadisənin şərait detallarının təhrifi, real olmayan fakta əsaslanan tənqid, faktla müəllifin şərhi arasından fərqin olmaması, müsabihə, çıxış və söylənilənlərin uydurulması, kontekstdən çıxarılmış sitatlarla manipulyasiya, mənbənin gizliliyi prinsipinin pozulması, foto-manipulyasiya, başlığın mətnlə uyğunsuzluğu, siyasi ayrıseçkilik və siyasi mənsubiyyətə görə ayrıseçkilik, vəzifəli şəxsi təhqir, böhtan, şəxsi həyat hüququnu pozma, işgüzar imicə, ada zərbə vurma kimi meyllər nəzərdən keçirilib.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »