Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının məlumatı

İcazəsiz aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələri sahəsindəki vəziyyətin monitorinqi

Azərbaycan Mətbuat Şurası bu gün Bakının mərkəzində - Fəvvarələr meydanında keçirilmiş icazəsiz aksiyada jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələri sahəsindəki vəziyyətin monitorinqini aparıb.

 

MŞ-nin Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu aksiyanı işıqlandıran kütləvi informasiya vasitələri təmsilçilərinin əksəriyyətinin üzərində «PRESS» yazılmış xüsusi göcəkçələrdə olduqlarını müəyyənləşdirib. Onlara qarşı hər hansı təzyiq faktı qeydə alınmayıb. Bununla əlaqədar qrupun üzvlərinə də müraciət daxil olmayıb.

 

MŞ-nin monitorinq qrupu eyni zamanda xüsusi gödəkçə geyinmiş bir sıra şəxslərin heç də peşə fəaliyyəti ilə məşğul olmadıqlarını, digər iştirakçılarla birgə aksiyanın içərisində yer aldıqlarını müşahidə edib. Monitorinq qrupunun üzvləri bu adamlara hərəkətlərinin jurnalistika prinsiplərinə zidd olduğunu bildiriblər. Həmin şəxslərin bəzisi hansı media orqanında çalışdıqları ilə bağlı sualı cavablandırmaqdan yayınaraq aksiya yerindən uzaqlaşıb.

 

Azərbaycan Mətbuat Şurası bir daha kütləvi aksiyaları işıqlandıran jurnalistlərə üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdən istifadəni, ekstremal vəziyyətlərdə xüsusilə diqqətli olmağı tövsiyə edir.

 

Jurnalist cəmiyyəti baş verən hadisə barədə dəqiq, qərəzsiz və ədalətli informasiya ilə təmin etməyə məsuldur. Buna görə də aksiya iştirakçısı təsiri bağışlayan hərəkətlərin şəxsi təhlükəsizliyə, informasiya çatdırmaq missiyasının yerinə yetirilməsinə mənfi təsir göstərə biləcəyi nəzərə alınmalıdır.

 

 

 


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »