Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İranın media fəaliyyətinə məsul qurumlarının təmsilçiləri Gəncədə olublar

-

Azərbaycan Mətbuat Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının media fəaliyyətinə məsul qurumlarının nümayəndələrindən ibarət heyət Gəncə şəhərində olub. Qonaqlar öncə Nizami məqbərəsini ziyarət edərək, kompleksdə yaradılmış şəraitlə tanış olublar. Şəhərin görməli yerlərinə baş çəkən qonaqlara Azərbaycanın ikinci ən böyük şəhərindəki tarixi abidələr barədə geniş məlumat verilib. 

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Həsən Məmmədov bildirib ki, son illər ölkədə aparılan geniş quruculuq və abadlıq işləri şəhərin simasını da tamamilə dəyişib. Bu günün Gəncəsi mühüm tədbirlərə evsahibliyini həyata keçirən, müasir görkəmli dinamik şəhərdir. Burada medianın işinə də ciddi önəm verilir, şəhərdə çoxlu sayda qəzet, jurnal, elektron informasiya resursu fəaliyyət göstərir.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu İran nümayəndə heyətinin ölkəmizə səfər missiyası haqqında məlumat verib. O bildirib ki, səfər Mətbuat Şurası ilə İranın Mədəniyyət və İslam İrşadı Nazirliyinin mətbuat və informasiya departamenti arasında ötən ilin noyabrında imzalanmış memorandum çərçivəsində gerçəkləşməkdədir. Qonaqların Bakıdakı səfər proqramının zənginliyindən söz açan U.Rəhimoğlu onların Gəncə ilə bağlı təəssüratlarının zəngin olacağına da əminliyini vurğulayıb. 

İranlı qonaqlar “İmamzadə” dini kompleksini də ziyarət edərək burada yaradılmış şəraitdən məmnunluqlarını ifadə ediblər. 

Qeyd edək ki, İranın media fəaliyyətinə məsul qurumlarının ölkəmizdə səfərdə olan nümayəndə heyətinin tərkibinə ölkənin mədəniyyət və islam irşadı nazirinin müavini Hüseyn Entezami, həmin nazirliyin mətbuat işləri üzrə planlama şurasının üzvü Həmidrza Asəfi, xarici KİV-lərlə iş üzrə baş direktor Məhəmməd Cəfər Safi, İranın Xəbər Onlayn Agentliyinin baş redaktoru Cavad Məhacer, İslam Respublikasının Naşravran təşkilatının İdarə Heyətinin üzvü Seyid Cəfər Haşemi və İranın Xarici İşlər Nazirliyinin Media və Ümumi Siyasət idarəsinin rəis müavini Həmid Əhmədi daxildir. Qonaqlar iyulun 10-dan ölkəmizdədirlər və ötən müddətdə onlar, “Trend” BİA-da, Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC), “APA Holdinq” MMC-də olublar, AR Mədəniyyət və Turizm Nazirliyində nazir Əbülfəs Qarayevlə görüşüblər. Həmçinin qonaqlarla Azərbaycanın aparıcı KİV-ləri və jurnalist təşkilatları rəhbərlərinin görüşü keçirilib.


19
noyabr
MŞ “reket” KİV-lərlə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlayıb

-

ətraflı »
17
noyabr
525-i hədəfləyən «525»

-

ətraflı »
14
noyabr
Nekroloq

Altay Qulam oğlu Zahidov

ətraflı »
14
noyabr
Azərbaycan Mətbuat Şurasının MƏLUMATI

-

ətraflı »
08
noyabr
Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

-

ətraflı »
07
noyabr
Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda konfrans keçiriləcək

-

ətraflı »