Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirildi

Komissiya 6 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb

Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının növbəti iclası olub. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 6 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.

Öncə Lerik Rayon Təhsil Şöbəsinin “Azadlıq” qəzetinin 14 aprel 2014-cü il tarixli sayında dərc olumuş “Deputatın qohumuna korrupsiya ittihamı” sərlövhəli yazı ilə bağlı müraciətinə baxılıb. Komissiya materialı araşdıraraq rəyə gəlib ki, materialda təhsil şöbəsinin məsələ ilə əlaqədar ətraflı mövqeyi yer almadığından oxucular və ictimaiyyət məsələnin təfərrüatları barədə dolğun, obyektiv məlumatlandırılmayıb. Qəzet rəhbərliyi buna şərait yaratmağa hazır olduğunu bildirib. Buna görə də şikayətçi tərəfə belə mətnin hazırlanıb “Azadlıq” qəzetinə ünvanlanması tövsiyə olunub.

Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının təmsilçisi iclasda məlumat verib ki, pia.az və azerinfo.org saytlarında bu ali təhsil ocağı barədə gedən qeyri-obyektiv yazılar Mətbuat Şurasının tövsiyələrindən sonra həmin kütləvi informasiya vasitələrindən götürülüb. Nümayəndə vurğulayıb ki, bununla belə narazılıq doğuran məqalələrin izləyicilərdə yarada biləcəyi yanlış təəssüratın aradan qaldırılması üçün filialın mövqeyini işıqlandıran məktubunun da yayımlanması mühüm əhəmiyyət kəsb edərdi. Təklifi bəyənilib və hər iki sayta məktubun təqdimatı tövsiyə olunub.

İclasda 3 KİV barədə toplanmış materialların Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına göndərilməsi məqsədə müvafiq sayılıb. Belə ki, “Azad Azərbaycan Respublikası” qəzetinin baş redaktoru Elmar Əliyevin Gəncə Musiqi Kolleci rəhbərliyinə məktubu nalayiq ifadələr, hədə və təhqirlərlə dolu olduğundan mətbu nəşrə MŞ-nin sonuncu xəbərdarlığın edilməsi, məsələnin ictimailəşdirilməsi, həmçinin hüquqi müstəvidə dəyərləndirilməsi razılığına gəlinib.

Komissiyanın “IV hakimiyyətin səsi” qəzeti barədə rəyində isə göstərilib ki, mətbu nəşr əsasən Bakının Sabunçu rayonundakı, xüsusilə Kürdəxanı qəsəbəsindəki müxtəlif büdcə təşkilatlarını hədəf götürür. Kürdəxanı qəsəbəsi 113 saylı orta məktəbin şikayətini doğuran yazıda da digər nümunələrin əksəriyyətindəki kimi etik prinsiplərə sayğısız yanaşılıb. Buna görə də qəzetə MŞ-nin xəbərdarlığı olunub. Məsələyə “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxıldıqdan sonra Şuranın İdarə Heyəti tərəfindən yekun qərar çıxarılacaqdır.

Salyan Rayon İcra Hakimiyyətinin “azpolitika.az” saytı ilə bağlı şikayəti əsasında qərarın qəbulu da eyni prosedur yekunlaşdıqdan sonra sonra məlum olacaqdır. Belə bir rəyə gəlinib ki, müracitədə yer alan bir sıra məqamların aydınlaşdırılmasının məntiqiliyi bu zərurəti ortaya qoyub. Rəydə həmçinin KİV-lərin sorğularının vaxtında və dolğun cavablandırılmasının da əhəmiyyəti xüsusi vurğulanıb.

Sabirabad Dövlət Sosial İqtisadi Kolleci ilə “Dövlət və ictimai fikir” qəzeti arasında anlaşma əldə olunduğuna görə məsələ həllini tapmış sayılıb.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »