Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz» mövzusunda konfrans keçiriləcək

-

Sabah - iyulun 10-da saat 10.30-da Azərbaycan Milli Kitabxanasında (Axundov kitabxanası) «Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz» mövzusunda konfrans keçiriləcək. Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq keçiriləcək tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurasıdır.

 

Konfransda Azərbaycan milli mətbuatının 140 ildə keçdiyi yola nəzər salınacaq, müasir dövrdəki inkişaf perspektivləri təhlil olunacaq, mövzu ətrafında müzakirələr aparılacaq. Toplantıda KİV rəhbərlərinin, dövlət rəsmilərinin, elm xadimlərinin, ictimai təşkilatların təmsilçilərinin,  ziyalıların iştirakı nəzərdə tutulur.

 

Qeyd edək ki, konfransda həmçinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının «Milli rəqslərimiz milli dəyərimizdir» mövzusundakı müsabiqəsinin qalibləri də mükafatlandırılacaq.

 

 


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »