Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Jurnalist Arzu Şirinovanın 50 illik yubileyi ilə bağlı toplantı keçirilib

Tədbirdə həmçinin yubilyarın yenicə işıq üzü görmüş «Cənnətin işğalı» kitabının təqdimatı keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasında istedadlı jurnalist, «Xalq cəbhəsi» qəzetinin redaktoru Arzu Şirinovanın 50 yaşı qeyd olunub. Tədbirdə həmçinin yubilyarın yenicə işıq üzü görmüş «Cənnətin işğalı» kitabının təqdimatı keçirilib.

MŞ sədri Əflatun Amaşov mərasimi açaraq A.Şirinovanın həyat və yaradıcılıq yolundan danışıb. Jurnalistin milli ədəbiyyatımızın zirvələrindən sayılan Əli Vəliyevin nəvəsi olduğunu vurğulayan Ə.Amaşov yubilyarın yaradıcılığına xas cəsarət nümunələrini eyni zamanda bundan irəli gələn cəhət kimi önə çəkib. «Biz eyni zamanda bu gün Arzu xanımın «Cənnətin işğalı» kitabının təqdimatına toplaşmışıq. Hər bir jurnalistə nəşri dərindən mütaliə etməyi tövsiyə edərdim. Çünki orada sözə-sənətə misilsiz məsuliyyət nümunələri toplaşıb», deyə o bildirib. Ə.Amaşov xanım jurnalisti rəhbərlik etdiyi qurumun adından təbrik edərək 50 illik yubileyi və jurnalistika sahəsindəki səmərəli fəaliyyətinə görə ona Azərbaycan Mətbuat Şurasının diplomunu və tər çiçəklər təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Səfərli çıxışında bildirib ki, 50 yaş insan ömründə ən yetkin çağdır: «Bundan sonrakı illər sanki qum saatına bənzəyir. Arzu xanım mənalı həyat yolu keçib. Yaradıcılıq nümunələri Fondun müsabiqələrində yüksək ballarla qiymətləndirilib. Hesab edirəm ki, o, fəaliyyəti ilə mətbuatın sevimlisi imicini özü üçün təmin edib».

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas ömrünü-gününü jurnalistikaya həsr etmiş şəxslərin həyatlarındakı əlamətdar günlərin ümummedia müstəvisində dəyərləndirilməsini məxsusi cəhət və örnək ənənə kimi dəyərləndirib. O, A.Şirinovanın yüksək peşəkarlığı əks etdirən etdirən layiqli qələm sahibi olduğunu vurğulayaraq yubilyara qarşıdakı illərdə daha böyük müvəffəqiyyətlər arzulayıb.

İctimai Televiziyanın departament direktoru Anar Yusifoğlu çıxışında yubilyarın vaxtilə parlament müxbiri kimi Milli Məclisdəki səmərəli fəaliyyətinə dair xatirələrindən söhbət açıb. A.Şirinovanın jurnalistlik fəaliyyətinin çoxşaxəli olduğunu vurğulayan A.Yusifoğlu «Cənnətin işğalı» kitabında onun yaradıcılığının son iki-üç ildəki məhsullarının toplandığtını bildirib və əlavə edib ki, elə bunlar da nəşrə maraq baxımından yetərlidir.

«Azərbaycan dəmiryolçusu» qəzetinin baş redaktor müavini Gülnaz Əliyeva isə yubilyarın yenicə çapdan çıxmış kitabında insanları düşündürən kifayət qədər ibrətamiz məqamların yer aldığını bildirib və vurğulayıb ki, bunlar müəllifin yaradıcılıq dəst-xətti ilə mükəmməl şəkildə çulğalaşıb.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azəri Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızı yubilyarla «Xalq cəbhəsi» qəzetində birgə işlədiyi vaxtlardan söhbət açıb. O, konkret misallarla A.Şirinovanın cəsarətli xanım olduğunu bildirib: «Arzu xanım 30 ildir ki, yaradıcılıq yollarında inamla addımlayır. Əksər yazılarını oxumuşam. Kitabında Qarabağ həsrəti, yurd niskili ilə bağlı fikirlərin daha qabarıq verilməsi anlaşılandır».

Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifova yubilyarla bağlı düşüncələrini bölüşərkən onun Türkiyəyə səfər zamanı orada Azərbaycan həqiqətləri barədə yığcam, dərin məntiqə əsaslanan fikirləri böyük səylə çatdırdığını və bunun Vətən, yurd təəssübkeşliyindən qaynaqlandığını bildirib.

Tanınmış jurnalist Məzahir Süleymanzadə diqqəti təqdim olunan kitabın ad seçimindən tutmuş yazıların yığcamlığı və dolğunluğu baxımdan müxtəlif tərəflərinə çəkib. O, jurnalistin bu nəşrlə bir növ dövrümüzün salnaməsini yaratdığını vurğulayıb və bunu misilsiz xidmət kimi dəyərləndirib.

«Millətçilik» qəzetinin baş redaktoru Pərviz Qasımov bildirib ki, kitabı vərəqlədikcə göz önündə Qubadlı rayonunun nəşrdə adı çəkilən güşələrində bir vaxtlar könüllülərdən ibarət dəstənin erməni işğalçılarına qarşı apardığı qəhrəmanlıq mübarizəsi canlanır.

Mərasim iştirakçılarından jurnalist Firidun Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Yeganə Mehdibəyli və başqaları yubilyar və müəllifi olduğu kitabla bağlı fikirlərini bölüşüb, xoş sözlər səsləndiriblər. «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bu mətbu nəşrin nüfuzunun yüksəlməsində qadın jurnalistlərin, o cümlədən A.Şirinovanın müstəsna rol oynadığını vurğulayıb. O, bütün bunları və yubilyarla bağlı dəyərli cəhətləri «Cənnətin işğalı» kitabına yazdığı ön sözdə qeyd etdiyini bildirib.

Sonda çıxış edən A.Şirinova yaradıcılığına verdikləri dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.




15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »