Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli iclası açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. Komissiya üzvləri gündəliyə 5 şikayətin daxil edilməsini qərara alıblar.

Öncə Azərbaycan Respublikası Dövlət Neft Fondunun “Xalq nəzarəti və sahibkarlıq” qəzeti ilə bağlı müraciətinə baxılıb. Komissiya rəyə gəlib ki, Zərdabi Abbasov şəxsi problemlərini baş redaktoru olduğu mətbu nəşrə çıxarıb, şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn fikirlər, vulqar ifadələr işlətməklə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra prinsip və bəndlərinin tələblərini pozub. Onun Neft Fonduna və rəhbərliyinə qarşı nümayiş etdirdiyi mövqedə də qərəz, sui-istifadə halları özünü biruzə verməkdədir. Bu isə “reket jurnalistika”ya xas dəst-xəttdir. Komissiya şikayətlə əlaqədar məsələnin Mətbuat Şurası “Reket jurnalisita”ya qarşı mübarizə Komissiyasında da araşdırlmasını məqsədə müvafiq sayıb.

İclasda “Mizrab” jurnalının ilk sayında peşə dəyərlərinə sayğısızlıq göstərdiyinə, əsasən Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyini, həmçinin qurumun müşaviri Rauf Aslanovu hədəf götürərək etik prinsipləri pozduğuna dair rəy çıxarılıb. Mətbu nəşrə gələcək fəaliyyətində bu kimi halların aradan qaldırılması tövsiyə olunub.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin “Aktual.az” saytı ilə əlaqədar müraciətinin müzakirəsində komissiya rəyə gəlib ki, xəbər portalına narazılıq doğuran materialla bağlı qarşı tərəfin mövqeyinin təqdimatı tövsiyə edilməlidir. Sayt rəhbərliyi bu təklifin həyata keçirilməsinə hazır olduğunu bildirib.

“Kapital Bank” ASC-nin Neftçala filialının Müstəqil İnformasiya Agentliyi (mia.az) barədə müraciəti tərəflər arasında anlaşma əldə olunduğu üçün həllini tapmış sayılıb. İclasda şikayətçi tərəfin təmsilçisi məlumat verib ki, saytda onların mövqeyini əks etdirən təkzib xarakterli məktub yayımlanıb.

Sonda “Gündəm xəbər” qəzetinin “Gündəm şok xəbər” qəzetindən şikayətinə baxılıb. Komissiya “Gündəm şok xəbər” qəzetinin ilk saylarında həqiqətən qüsurlara yol verdiyi, həmin KİV-in dizaynına məxsus elementləri təkrarladığı, sonradan bu kimi halları aradan qaldırdığı qənaətinə gəlib. Müraciətin adla bağlı hissəsi müzakirə olunarkən komissiya üzvləri məsələnin müvafiq qurumlarda araşdrılmasını məntiqi sayıblar.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »