Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“Gənc Reportyorlar” Mətbuat Şurasının qonağı olublar

Gənclər jurnalistika fakültəsində təhsillə bağlı problemləri də dilə gətiriblər

BDU-nun jurnalistika fakültəsinin nəzdində yaradılmış “Gənc reportyorlar klubu” nun üzvləri bu gün Azərbaycan Mətbuat Şurasının qonağı olublar. MŞ sədri Əflatun Amaşov klub üzvlərini qəbul edib. Görüşdə Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri, professor Cahangir Məmmədli də iştirak edib.

MŞ sədri Əflatun Amaşov öncə Mətbuat Şurasının yaranma tarixi, məqsəd və vəzifələri, keçdiyi inkişaf yolu haqda ətraflı məlumat verib. O,  “Gənc reportyorlar klubu”nun fəaliyyətinə varislik prizmasından yanaşaraq Azərbaycan mətbuatının mövcud problemlərinə də toxunub. “Hazırda ölkə mətbuatının  əsas problemlərindən biri də jurnalist təhsilinin kifayət qədər yüksək səviyyədə aparılmamasıdır. Mətbuat Şurası mütəmadi olaraq bu məsələni diqqətdə saxlayır, onun həlli istiqamətində tədbirlər həyata keçirməyə çalışır. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi xüsusilə vacibdir.”

Şura sədri  çıxışında jurnalistika fakültəsinə tələbə qəbulunun qabiliyyət imatahanları əsasında aparılmasıyla bağlı məsələyə də toxunub.O bununla əlaqədar Şura tərəfindən müvafiq dövlət qurumlarına rəsmi müraciətlərin edildiyini vurğulayıb.
BDU-nun jurnalistika fakültəsinin kafedra  müdiri, professor Cahangir Məmmədli də öz növbəsində “Gənc reportyorlar”ın təşəbbüslərini, onların fəaliyyətini yüksək dəyərləndirib. Professor gənc jurnalistlərə peşə fəaliyyətlərində daim obyektiv olmağı, jurnalistikanın təməl prinsiplərini əsas götürməyi tövsiyə edib: “Klubun keçirdiyi bir sıra görüşlər özünün keyfiyyəti və səmərəsilə tələbə səviyyəsindən xeyli yüksəkdə dayanır. Yaranmasında  və fəaliyyətində mənim də məsləhətlərimin nəzərə alınmasından çox məmnunam”

 “Gənc reportyorlar klubu” nun sədri Məmməd Ağayev Mətbuat Şurası rəhbərliyinə səmimi söhbətlərə və dəyərli məsləhətlərə görə tələbə jurnalistlərin minnətdarlığını: bildirib “Klubumuz yarandığı gündən bu dəstəyi daim əyani nümunələrini görmüşük. Bu isə “Gənc reportyorları” MŞ ilə birgə yeni layihələr reallaşdırmağa, daha sıx əməkdaşlığa həvəsləndirir.”

Görüş bundan sonra tələbələrin Şura sədri ilə suallar-cavabları və müzakirələr formatında davam edib. Mətbuatın siyasi prosesləri işıqlandırması haqda sualları cavablandıran Ə.Amaşov bildirib : “Jurnalist hər yerdə, hər zaman obyektivliyini qorumalıdır. O, siyasi prosesləri siyasətçi kimi yox, media kimi izləməli və peşə prinsiplərinə daim sadiq qalmalıdır. Əks təqdirdə o, siyasi oyunların vasitəsinə çevrilər, jurnalistikadan tamam uzaqlaşa bilər”

Gənclər jurnalistika fakültəsində təhsillə bağlı problemləri də dilə gətiriblər. Tələbələri narahat edən problemlər sırasında jurnaslitikaya aid Azərbaycan dilində  elmi ədəbiyyatın məhdudluğu, jurnalistlərin praktik vərdişlərinin artırılması məqsədilə təcrübə kurslarının məhdudluğu kimi məsələlər polemikalarda ifadəsini tapıb.
Görüş, Mətbuat Şurası tərəfindən “Gənc reportyorlar”çulara press köynəklərin verilməsi və xatirə şəkllərinin çəkilməsi ilə yekunlaşıb..


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »