Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Azərbaycan Xalq Cümhuriyyəti ili» çərçivəsində birgə tədbirlərlə bağlı müzakirə aparılıb

-

Bu gün Türkiyənin ölkəmizdəki Səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz və Türkiyənin TRT telekanalının Azərbaycan nümayəndəliyinin rəhbəri Murat Akkoç Mətbuat Şurasında olublar. 

Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türkiyənin və Azərbaycanın media qurumlarının hər iki ölkənin ortaq dəyərlərinin, ümumilikdə türk dünyasının ortaq dəyərlərinin yaşadılmasında mühüm səmərəli işlər gördüklərini vurğulayıb. Bunun ənənəyə çevrildiyini diqqətə çatdıran Ə.Amaşov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan etməsinə dair məlum Sərəncamı qarşılıqlı fəaliyyəti üçün yeni perkpektivlər açır. Çünki Xalq Cümhuriyyəti xadimlərinin həyat  və yaradıcılığında Türkiyə mühüm yer tutub. 

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri H.Karadəniz təmsil olunduğu diplomatik missiyanın Mətbuat Şurası ilə sıx əməkdaşlığından söz açaraq bunun bir sıra faydalı tərəflərinə toxunub. Türkiyənin TRT telekanalının Azərbaycan nümayəndəliyinin rəhbəri M.Akkoç da eyni fikri davam etdirərək vurğulayıb ki, təmsil olunduğu media qurumu iki qardaş ölkənin media orqanları arasındakı münasibətlərin səmərəliliyini daha da artırmağın zəruriliyini qəbul edir və fəaliyyətini mövcud istiqamətdə qurmağa tam hazırdır. 

Görüşdə hər üç qurumun Xalq Cümhuriyyəti ili çərçivəsində qarşılıqlı fəaliyyətinin koordinasiya edilməsinin vacibliyi önə çəkilib və bildirilib ki, bu baxımdan birgə konfransların, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100 illiyi ilə əlaqədar müxtəlif aksiyaların, Türkiyədən Azərbaycana, Azərbaycandan Türkiyəyə jurnalist səfərlərinin təşkili mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdəki müxtəlif məqamların dəqiqləşdirilməsi üçün müzakirələri davam etdirmək qərara alınıb.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »