Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ-nin Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

İki KİV-lə bağlı məsələni Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası araşdıracaq

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 4 məsələyə baxıb.

Öncə Bakı şəhər sakini Sadıq Murtuzayevin «Millətim» qəzetində və azinform.az saytında onun barəsində gedən yazılar barədə müraciəti araşdırılıb. Komissiya hər iki tərəf arasında anlaşma əldə olduğunu əsas götürərək məsələni həllini tapmış hesab edib. Eyni zamanda həmin kütləvi informasiya vasitələrinə tövsiyə olunub ki, gələcəkdə bu səpkili materiallar verilərkən qarşı tərəfin mövqeyinin təqdimatına şərait yaradılsın.

İclasda Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin müraciəti əsasında iki KİV-lə bağlı rəy çıxarılıb. «Dünya» İnformasiya Agentliyinin (dia.az) baş redaktoru Məhəmməd Ərsoy şikayət döğuran yazını saytdan götürdüyünü, qarşı tərəfin mövqeyini təqdim etməyə hazır olduğunu deyib. Şikayətçi tərəf də təkliflə razılaşıb.

İdarənin bizimdovr.az saytında gedən eyni məzmunlu yazı barədə müraciəti müzakirə olunarkən narazılıq doğuran materialın həmin xəbər portalından da götürüldüyü bildirilib. Lakin vurğulanıb ki, bu yazı  eyni adlı qəzetdə də yayımlandığından məsələyə baxılmalıdır. Qəzetin adı isə Mətbuat Şurasının «qara siyahı»sında olub və ötən il MŞ-nin «apellyasiya qrupu»nun təqdimatı əsasında oradan çıxarılıb. Bu qrupun qaydalarında isə göstərilir ki, belə KİV-lər barədə MŞ-də yenidən şikayətə baxılarsa, məsələ qeyd-şərtsiz Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası tərəfindən də araşdırılmalıdır. İclasda «Bizim dovr» qəzeti ilə bağlı da belə rəy qəbul olunub.

«Qərb xəbərləri» qəzeti barədə qərar da Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının yekun rəyi əsasında çıxarılacaqdır. Müzakirələr zamanı təsisçisi dünyasını dəyişmiş mətbu nəşrdə özünü baş redaktor kimi göstərən Bəynişan Kəpəzin peşə etikası ilə bir araya sığmayan hallara yol verməsi, Şəmkir rayonunun Təzəkənd kənd sakini Təranə Ələkbərovanın şərəf və ləyaqətinin təhqirinə yönələn yazı dərc etməsi yolverilməz hallar kimi dəyərləndirilib.

«Bələdiyyə həyatı» qəzetinə (baş redaktor Cümşüd İsgəndər) isə Azərbaycan Mətbuat Şurasının xəbərdarlığı edilib. Rəydə bildirilib ki, mətbu nəşr şikayət doğuran yazıda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra prinsip və bəndlərinin tələblərini pozub, Quba rayonunun Qaraçay kənd sakinləri Tahir Ərzumanovun və Zülfiyyə Əliyevanın şərəf və ləyaqətinin təhqirinə, işgüzar nüfuzunun aşağılanmasına yönələn fikirlər təqdim edib.

Qəzetə hər iki şəxsdən üzr istənilməsi də tövsiyə olunub.  

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »