Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasında Rusiyanın Həştərxan vilayətindən olan nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib

Hər iki ölkənin media qurumları arasında niyyət protokolunun imzalanmasının vacibliyi bildirilib

Bu gün Rusiyanın Həştərxan vilayətinin Xəzərin ekoloji problemlərini araşdıran və işıqlandıran müxtəlif qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub. MŞ sədri Əflatun Amaşov qonaqları salamlayaraq Şurada baş tutan bu görüşün nəinki medianı bütövlükdə cəmiyyəti düşündürən bir mövzuya həsr olunduğuna diqqəti çəkib. O, Azərbaycan jurnalistlərinin Xəzərin statusu, ekoloji durumu, bütövlükdə Xəzər ətrafında cərəyan edən proseslərin işıqlandırılmasına böyük önəm verdiyini vurğulayıb: «Rusiya kütləvi informasiya vasitələrini izləyirəm. Gəldiyim qənaət budur ki, rusiyalı həmkarlarımız da mövzunu daim diqqətdə saxlayırlar. Bu Xəzərlə bağlı siyasi problemlərin aradan qaldırılması baxımında vacib amildir. Düşünürəm ki, hər iki ölkənin jurnalistlərinin məhz bu sahədə informasiya mübadiləsi daha da gücləndirilməlidir», - deyə o bildirib. 

Ə.Amaşov Xəzərətrafı ölkələrin jurnalistlərinin birgə informasiya mübadiləsi prosesinin də əhəmiyyətli cəhətlərindən söhbət açıb. O, rəhbərlik etdiyi qurumun ekoloji məsələlərin KİV-də işıqlandırılmasına dair müxtəlif tədbirlər təşkil etdiyini deyərək, bu toplantıların beynəlxalq media konfransları çərçivəsində düzənlənməsinin mümkünlüyündən danışıb. 

Həştərxan vilayəti administrasiyası rəhbərinin sosial məsələlər üzrə müavini Tatyana Yusupova yerli jurnalistlərin bəhs edilən mövzularla bağlı fəaliyyətləri barədə məlumat verib. O bildirib ki, vilayətdəki KİV-lər Xəzərlə bağlı istər siyasi, istərsə də iqtisadi məsələləri daim diqqət mərkəzində saxlayırlar. T.Yusupova ictimaiyyətin diqqətini problemə çəkmək üçün həyata keçirilən konkret işlər haqqında da məlumat verib. 

Həştərxandakı «Kaspi» Mətbuat Mərkəzinin əməkdaşı Dmitrii Averkin çıxışında ekoturizmin inkişafını yönələn layihələrə Rusiya və Azərbaycanın jurnalist təşkilatlarının üstünlük verməsinin vacibliyindən danışıb. 

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin monitorinq qrupunun rəhbəri, jurnalist-ekoloq Anna Bartkulaşvili bildirib ki, Xəzərin xüsusi ekoloji durumu ilə əlaqədar jurnalist aktivliyinə nail olunmalıdır. Bununla belə o, mövcud məsələdə jurnalist-məmur anlaşmasının vacibliyini önə çəkib. 

Görüş iştirakçılarından MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun, «Trend» İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynovun, «Azerbaycanskie izvestiya» qəzetinin baş redaktoru Gülnarə Hüseynovanın, «7+» telekanalının əməkdaşı Anna Saqunovanın, Həştərxan Teleradio Şirkətinin əməkdaşı Anastasiya Krotovanın və başqalarının çıxışlarında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə dair təkliflər səslənib. Qərara alınıb ki, bu məqsədlə tərəflər arasında niyyət protokolu imzalansın.


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »