Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında «Olimpiya dünyası» qəzetinin 10 illik yubileyi ilə bağlı «dəyirmi masa» keçirilib

10 illik yubiley təkcə nəşrin kollektivi deyil, bütövlükdə Azərbaycanın idman jurnalistləri üçün böyük bayramdır

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və Azərbaycan Mətbuat Şurası «Olimpiya dünyası» qəzetinin 10 illik yubileyi ilə bağlı «dəyirmi masa» keçirib.

Mətbuat Şurasında baş tutan tədbiri MŞ sədri Əflatun Amaşov açaraq yubilyar nəşrin Azərbaycanda olimpiya hərəkatının geniş vüsət almağa başladığı dövrün mətbu nümunələrindən biri olduğunu vurğulayıb. «Olimpiya dünyası»nın hər zaman ölkəmizin idman həyatının dinamikasına adekvat fəaliyyət göstərdiyini deyən Ə.Amaşov nəşrin idman jurnalistikasının inkişafında, bədən tərbiyəsinin kütləviləşməsində başlıca təbliğat vasitəsinə çevirildiyini və Azərbaycanın idman ictimaiyyəti tərəfindən həvəslə qarşılandığını diqqətə çatdırıb. «Qəzet jurnalistikamızın ənənələrinə sadiqliyi ilə də öncüllərdəndir. Bu isə «Olimpiya dünyası»nın rəhbərliyinin öz işinə məsuliyyətlə yanaşmasının, formalaşdırdığı işgüzar kollektivin də eyni keyfiyyətlərin daşıyıcısı olduğunun bariz göstəricisidir. Güman edirəm ki, qəzet qarşıdakı müddətdə prinsiplərinə yenə sadiqliyi ilə seçiləcəkdir», - deyə o əlavə edib.

Ə.Amaşov həmçinin bildirib ki, «Olimpiya dünyası» qəzetinin 10 illik yubileyi ilə bağlı mərasimin təşkili rəhbərlik etdiyi qurumun Milli Olimpiya Komitəsi ilə birgə reallaşdırdığı layihənin tərkib hissəsidir. Layihə barədə məlumat verən MŞ sədri onun başlıca məqsədinin ölkədə idmanın təbliğinə dəstək vermək olduğunu söyləyib. Birgə əməkdaşlıq çərçivəsində idman jurnalistikasının daha da inkişafına yönələn genişmiqyaslı tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırıb.

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə də çıxışına MOK-un MŞ ilə birgə reallaşdırmağa başladığı layihə barədə məlumatlarla başlayıb. O deyib ki, qarşılıqlı təşəbbüsün başlıca hədəflərindən biri Azərbaycan idmanının bütün dünyada təbliğinə nail olmaqdır: «Milli Olimpiya Komitəsi 1992-ci ildən fəaliyyətdədir. Gələn il qurumun yaranmasının 20 illik yubileyi qeyd olunacaq. Amma təşkilatın ölkəmizin idmanına belə demək mümkünsə, tam sahibliyi 1997-ci ilə təsadüf edir. Həmin il dövlət başçımız cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə prezident seçildi. Nəticədə qısa müddət ərzində idmanda böyük dönüş əldə olundu. Cənab Prezidentin müəyyənləşdirdiyi kurs bir neçə istiqaməti əhatə edirdi. Onlardan birincisi olimpiya hərəkatının maddi-texniki bazasının möhkəmləndirilməsi idi. İkinci vəzifə Azərbaycanın ölkəni tərk etmiş tanınmış idmançılarının yenidən Vətənə qaytarılmasının təminatına yönəlmişdi. Bildiyiniz kimi, həmin vaxtadək bir çox nüfuzlu idmançılarımız məhz maddi çətinliklərə görə Azərbaycandan gedirdilər. İlham Əliyev bu mənfi tendensiyanın qarşısını aldı. Reallaşdırılmış üçüncü mühüm addım idmançıların sosial vəziyyətlərinin yaxşılaşdırılması oldu. Və nəhayət, idmanın təbliği. Bu məqsədlə 1998-ci ildə «Olimpiya» jurnalı təsis edildi və fəaliyyətə başladı. 2001-ci ildən isə bu gün yubileyinə toplaşdığımız «Olimpiya dünyası» qəzeti işıq üzü görməyə başlayıb. Qəzet birbaşa cənab Prezidentin göstərişi əsasında yaradılıb. İnanıram ki, nəşr ölkəmizdə idman jurnalistikasını inkişafında daşıdığı funksiyanı yüksək səviyyədə davam etdirəcəkdir».

«Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev qəzetin ötən 10 ildə keçdiyi yola nəzər salaraq bildirib ki, mətbu orqan fəaliyyətə başladığı ilk gündən idman sahəsində jurnalist kadrların hazırlığı məsələsinə böyük önəm verib. O, vaxtilə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində təhsil alan tələbələrin qəzetdə işə götürüldüyünü, bunun üçün ali məktəbdə seçim apardıqlarını vurğulayıb. «Sevindirici haldır ki, hazırda idman jurnalistikasında öz imzası ilə seçilən bir çox şəxslər məhz «Olimpiya dünyası»nın şinelindən çıxıblar. Bu mənada qəzet sanki məktəb rolunu oynayıb. Ona görə də hesab edirəm ki, 10 illik yubiley təkcə nəşrin kollektivi deyil, bütövlükdə Azərbaycanın idman jurnalistləri üçün böyük bayramdır», - deyə o qeyd edib.

Bundan sonra «Olimpiya dünyası»nın bir qrup əməkdaşına Azərbaycan Mətbuat Şurasının fəxri diplomları təqdim olunub.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətənini üzvü Aqil Abbas Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə idmanın kütləvi xarakter aldığını və onun bütün istiqamətlərinin yüksək inkişaf mərhələsində olduğunu vurğulayıb. Bunu böyük proses kimi dəyərləndirən A.Abbas bütövlükdə idman jurnalistikasının inkişafa adekvat fəaliyyət göstərməsinin vacibliyini önə çəkib.

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının rəhbəri Eldar İsmayılov da ölkədə idmanın böyük inkişaf yolunda olduğunu vurğulayaraq diqqəti «Olimpiya dünyası» qəzetinin bu tərəqqidə müstəsna təbliğat payına malik olduğuna yönəldib. E.İsmayılov yubilyar nəşrin ötən il Azərbaycanda idman qəzetləri arasında birincilik əldə etdiyini bildirərək belə uğurların beynəlxalq miqyasda da qazanılmasının zərurəliyinə toxunub.

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov idmanı ölkədə ən çox inkişaf edən sahələrdən biri kimi dəyərləndirərək mövcud istiqamətdəki nailiyyətlərin, perspektiv vəzifələrin ictimaiyyətə daha dolğun şəkildə çatdırılmasının vacibliyini bildirib: «İdman dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasətin təbliği müstəsna məsuliyyətli məsələdir. Hesab edirəm ki, mövcud istiqamətdə Mətbuat Şurası ilə Milli Olimpiya Komitəsinin əməkdaşlığı daha müsbət nəticələrin əldə olunmasına öz töhfəsini verəcək».

Bakı Futbol Federasiyasının vitse-prezidenti, idman yazarı Məzahir Süleymanzadə bildirib ki, Azərbaycanın idmandakı inkişafı sahənin tarixinin yaradılması üçün ortaya saysız-hesabsız faktlar qoyur. Bu tarixin yazılmasında isə jurnalistikanın rolu böyükdür: «Olimpiya dünyası» qəzeti də 10 illik fəaliyyəti ilə həmin tarix üçün mühüm mənbə rolunu oynamaqdadır. Hesab edirəm ki, nəşrin zəngin yaradıcılıq xüsusiyyətləri gələcək jurnalist nəsli üçün nümunə rolunu oynayır».

Çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinn üzvləri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «İdman» qəzetinin baş redaktoru Qabil Mehdiyev və başqaları çıxışlarında bildiriblər ki, Azərbaycanda idmanın geniş vüsət almasında dövlət siyasətinin müstəsna rolu var və bu yöndə qazanılmış uğurların, tətbiq olunan yeniliklərin təkcə Vətənimizdə deyil, onun hüdudlarından kənarda da təbliği mühüm yer tutur. Onlar «Olimpiya dünyası» qəzetinin ötən 10 ildəki fəaliyyətindən bəhs edərək nəşrdə idmanın müxtəlif növləri ilə əlaqədar hadisə və proseslərə peşəkar yanaşma tərzinin mövcudluğunu vurğulayıblar. Natiqlər həmçinin Mətbuat Şurasının MOK ilə əməkdaşlığının idman jurnalistikasındakı ixtisaslaşmanın dərinləşməsinə xidmət baxımından məhsuldar olacağına əminliklərini ifadə ediblər.



15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »