Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Diaspora mövzusunda yazan jurnalistlər mükafatlandırılacaq

Bu məqsədlə xüsusi mərasim təşkil olunacaq

Azərbaycan milli mətbuatının 135 illik yubileyi münasibətilə diaspora mövzusunda yazan jurnalistlər mükafatlandırılacaq. Bu məqsədlə iyulun 17-də Azərbaycan Respublikasının Diaspora Komitəsinin, Azərbaycan Mətbuat Şurasının və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin təşkilatçılığı ilə mərasim keçiriləcək. Bununla təşkilatların «Diaspora mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılması» mövzusunda birgə layihəsinə yekun vurulacaq. Qeyd edək ki, Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində hər il milli mətbuat günü ərəfəsində diaspora mövzusunun işıqlandırılmasına dair müsabiqənin təşkili və qaliblərin mükafatlandırılması nəzərdə tutulur. 

Mükafatlandırılmanın həyata keçirilməsi üçün üç qurumun nümayəndələrindən ibarət birgə işçi qrupu yaradılıb. Qrup 2010-cu ilin əvvəlindən KİV-lərdə diaspora mövzusunda qələmə alınan materialların monitorinqini aparmaqdadır. Toplanmış müvafiq materiallar iyulun 12-dən müsabiqə üzrə yaradılan Münsiflər Heyətinə təqdim olunucaq. Həmin tarixədək müsabiqəyə yazı qəbulu da davam etdirələcək (yazılar iyulun 12-dək Azərbaycan Mətbuat Şurasına çap və elektron variantda əslləri ilə bilikdə təqdim edilməlidir). 

Müsabiqənin mükafatlandırılma fondu aşağıdakı kimidir.

I yer - 1 nəfər 1000 manat
II yer - 2 nəfər 800 manat
III yer - 3 nəfər 500 manat

Həvəsləndirici mükafat - 10 nəfər 200 manat

Qaliblərə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Mətbuat Şurasının və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin diplomları da təqdim olunacaq.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »