Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasında Türkiyənin Mətbuat, Yayım və İnformasiya Baş İdarəsinin təmsilçisi ilə görüş keçirilib

Hər iki ölkənin media qurumları arasındakı əlaqələrin hazırkı durumu müzakirə edilib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyənin Nazirlər Kabinetinin Mətbuat, Yayım və İnformasiya Baş İdarəsinin mətbuat yayımı üzrə rəhbəri Bahəddin Akyönlə görüşüb.

MŞ-nin ofisində baş tutan görüşdə hər iki ölkənin media qurumları arasındakı əlaqələrin hazırkı durumu müzakirə edilib. Ə.Amaşov mövcud istiqamətdə rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verərək bildirib ki, müxtəlif illərdə Türkiyənin Azərbaycandakı Səfirliyinin yaxından dəstəyi ilə «Türkiyə və Azərbaycan mediası: bənzərliklər və fərqliliklər» mövzusunda konfranslar təşkil olunub. Həmin tədbirlərdə peşəkarlıq məsələləri ilə yanaşı, ölkələr üçün əhəmiyyətli beynəlxalq proseslərin mediada işıqlandırılması məsələlərinə də böyük diqqət yetirilib.

Dialoq Avrasiya təşkilatının xətti ilə ölkəmizdə səfərdə olan B.Akyön təmsil olunduğu qurumun iş prinsiplərindən söhbət açıb. O, Azərbaycan Mətbuat Şurası ilə Türkiyənin Mətbuat, Yayım və İnformasiya Baş İdarəsinin birgə əməkdaşlığının vacibliyini vurğulayaraq bunun üçün əlverişli zəmin olduğunu deyib. B.Akyön Azərbaycana səfəri çərçivəsində KİV redaksiyalarında olacağını və Bakı Slavyan Universitetində tələbələrlə görüş keçirəcəyini də bildirib.

Qeyd edək ki, görüşdə Türkiyə Səfirliyinin mətbuat müşaviri Həbib Kaya da iştirak edib.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »