Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası Şamil Şahməmmədovun 75 illiyini qeyd edib

Şurada görkəmli jurnalistin həyat və yaradıcılığına həsr ounmuş mərasim keçirilib

Azərbaycan Mətbuat Şurası görkəmli jurnalist Şamil Şahməmmədovun 75 illiyi münasibətilə mərasim keçirib. Tədbiri açan MŞ sədri Əflatun Amaşov Şamil Şahməmmədov yaradıcılığının çağdaş jurnalistikamız üçün örnək olduğunu deyib. Şamil müəllim fəal jurnalist yaradıcılığına hələ Bakı Dövlət Universitetinin jurnalistika şöbəsinin tələbəsi olarkən başlayıb. Əvvəl radio ilə əməkdaşlıq edib. 1957-ci ildə yeni yaradılan paytaxt qəzeti «Bakı»ya işə götürülüb. Burada müxbir, şöbə müdiri, məsul katib işləyib, baş redaktor vəzifəsinədək yüksəlib. Sonradan «Kommunist» («Xalq qəzeti») qəzetində baş redaktor müavini, uzun müddət «AzərTAc» Dövlət Teleqraf Agentliyində baş direktor müavini və baş direktor vəzifələrini tutub.

Azərbaycan Dövlət Teleqraf Agentliyində («AzərTAc») çalışdığı müddətdə Ş.Şahməmmədovla bağlı xatirələrindən danışan Ə.Amaşov yubilyarı tələbkar, mahir idarəçilik qabiliyyətinə xas rəhbər kimi xarakterizə edib. «Şamil müəllim eyni zamanda səmimiliyi, mərdliyi ilə örnək idi. Onunla birgə işləmək jurnalistika tarixininin müəyyən mərhələsinin iştirakçısı olmaq demək idi. Bundan böyük fəxarət duyuram. Bu tarixi Şamil müəllim ən adi davranışı ilə yazmağı bacarırdı. Elə bir adam yox idi ki, ondan nə isə öyrənməsin. Şamil Şahməmmədov məktəbi Azərbaycan jurnalistikasına neçə-neçə ziyalılar, dəyərli qələm sahibi bəxş edib. Biz bu məktəbin ənənələrini yaşatmalı və gələcək nəslə ötürməliyik», - deyə o vurğulayıb. Ə.Amaşov rəhbərlik etdiyi qurumun təbrik məktubunun həkk olunduğu plaketi yubilyara təqdim edib. 

MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirib ki, keçmiş sovetlər birliyi dönəmində jurnalistikanın qarşısında bir sıra maneələr var idi. Lakin o dövrün media ənənələri mütərəqqi keyfiyyətləri ilə yadda qalırdı: «Bu, ilk növbədə Şamil Şahməmmədov kimi insanların əməyinin nəticəsi idi. Ş.Şahməmmədov yaradıcılığı, cəsarəti, faktlara, hadisə və proseslərə yanaşması, əlbəttə idarəçilik və işgüzarlığı baxımından tam yeni bir mərhələ yaratmışdı».

Azərbaycan Dövlət Teleqraf Agentliyinin («AzərTAc») baş direktor müavini Dağbəyi İsmayılov yubilyara təmsil olunduğu qurumun kollektivinin təbrik məktubunu təqdim edib. Onun sözlərinə görə, on ildən artıq müddətdə «AzərTAc»ın baş direktoru olmuş Ş.Şahməmmədov agentliyin dünya miqyaslı media təşkilatına çevrilməsində müstəsna xidmət göstərib. 

Uzun müddət «Azərbaycan gəncləri» qəzetinin redaktoru olmuş, əməkdar jurnalist Yusif Kərimov ölkə jurnalistikasının inkişafında müstəsna xidmətləri olan şəxslərin yada salmasını vacib amil kimi vurğulayıb. Mətbuat Şurasının mövcud stiqamətdəki təşəbbüsünü təqdir edən Y.Kərimov bildirib ki, Şamil Şahməmmədov yaradıcılığı, bütövlükdə ömür yolu barədə geniş söhbət açılmalı, öyrənilməli görkəmli simalardandır. 

Bakı Futbol Federasiyasının prezidenti, jurnalist Məzahir Süleymanzadə Şamil Şahmmədovun futbol şərhçisi kimi fəaliyyətindən söhbət açıb. «Şamil müəllim «Neftçi»nin oyunları barədə elə yazılar hazırlayırdı ki, bu materialları oxuyanlar futbol həyacanını sanki təkrar yaşayırdı. Heç bir detal gözündən yayınmırdı. Onunla birgə işləmək böyük məsuliyyət idi», - deyən M.Süleymanzadə Ş.Şahməmmədova Bakı Futbol Federasiyasının fəxri üzvü vəsiqəsini təqdim edib. 

«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib ki, Şamil Şahmmədov «Kommunist» qəzetində (indiki «Xalq qəzeti») az fəaliyyət göstərməsinə baxmayaraq, burada unudulmaz iz qoyub. «AzərTAc»da isə onun fəaliyyəti böyük məktəb idi. Şamil müəllim rəsmi informasiyanın işıqlandırılmasının nümunəvi modelini yaratdı. Bu, çox çətin bir məsələ idi və əvvəllər problemlərlə müşaiyyət olunurdu. O, eyni zamanda dünya jurnalistikasının mütərəqqi ənənələrini yüksək peşəkarlıqla Azərbaycan mediasına tətbiq edirdi. Bu xidmətləri dövlət tərəfindən yüksək dəyərləndirildi və Azərbaycan jurnalistlərindən ilk dəfə olaraq Şamil Şahməmmədov «Şöhrət» ordeninə layiq görüldü», - deyə o vurğulayıb. 

Şamil Şahmmədovun uzun müddət birgə çalışdığı «Bakı»-«Baku» qəzetinin baş redaktoru Ağahüseyn Hüseynov, nəşrin əməkdaşı Ənvər Məşədiyev, jurnalist Fazil Rəhmanzadə və başqaları yubileyarın görkəmli jurnalist Nəsir İmanquliyevlə birgə bu nəşrin ölkədə nüfuz qazanmasındakı xidmətlərini konkret faktlarla xatırladıblar. 

«Neftçi» Futbol Klubunun mətbuat katibi Elnur Əşrəfoğlu yubilyara klubun təbrik məktubunu və «Neftçi»nin üzərində  Şamil Şahmmədovun adı yazılmış 75 saylı simvolik futbol geyimini təqdim edib. Jurnalistlərdən Ələsgər Cabbarov, Rafiq Həsənov, Namiq Əhmədov və başqaları Şamil Şahməmmədovun Azərbaycan jurnalistikasındakı yeri və rolundan danışaraq yubilyarı ustad qələm sahibi kimi səciyyələndiriblər.

Sonda yubilyar ünvanına söylənmiş xoş sözlərə görə mərasim iştirakçılarına təşəkkürünü bildirib, çağdaş mətbuatımızın təmsilçilərinə tövsiyyələrini verib, uğurlar arzulayıb.

Qeyd edək ki, milli jurnalistikamızın inkişafında müstəsna xidmətləri olan Ş.Şahməmmədovun əməyi dəfələrlə yüksək təltiflərlə qiymətləndirilib. «Şöhrət» ordenli qələm sahibi Azərbaycanda bu yüksək dövlət təltifini alan ilk jurnalist kimi mətbuat tarixinə düşüb. O, həmçinin Prezident təqaüdçüsüdür.


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »