Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası Ramin Deko ilə bağlı insidentlə əlaqədar Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb

Əflatun Amaşov «Azadlıq» qəzetinin redaksiyasında olub

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Azadlıq» qəzetinin əməkdaşı Ramin Cəbrayılzadə (Ramin Deko) ilə bağlı insidentlə əlaqədar bu nəşrin redaksiyasında olub. Qəzetin rəhbərliyi ilə görüş keçirən Şura sədri son günlər «Azadlığ»ın əməkdaşları ilə bağlı hadisələrin ölkədə söz və mətbuat azadlığına dair vəziyyətə təsir göstərə biləcəyini vurğulayıb: «Buna görə də olayın kimlər tərəfindən həyata keçirilməsindən asılı olmayaraq günahkarların müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi vacibdir. Mətbuat Şurası Seymur Həziyevlə də əlaqədar Daxili İşlər Nazirliyinə müraciət ünvanladı. Müraciət əsasında Ramil Usubovla görüşdük. Nazir məsələnin dərindən araşdırılması məqsədilə xüsusi tapşırıq verdi. Ramin Deko ilə bağlı da aidi instasiyalara müraciət ünvanlayacağıq», - deyən Ə.Amaşov rəhbərlik etdiyi qurumun hər iki olayla əlaqədar araşdırmaları diqqət mərkəzində saxlayacağını bildirib. 

Qeyd edək ki, bu gün Mətbuat Şurası «Azadlıq» qəzetinin əməkdaşı R.Cəbrayılzadə ilə bağlı Daxili İşlər Naziri Ramil Usubova müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, Ramin Deko ilə əlaqədar insident son on gündə jurnalistlərlə bağlı qeydə alınan növbəti xoşagəlməz hadisədir: “Bu cür olayların təkrarlanması onda hansısa qüvvələrin maraqlı olduqları ehtimalını atrırır və bunun digər jurnalistlərlə də baş verəcəyinə dair narahatçılıq yaradır”. Məktubda nazir R.Usubovdan Ramin Deko ilə bağlı insidentin də dərindən araşdırılmasını diqqətdə saxlamaq, günahkarların layiqli cəzalarını almalarına kömək göstərmək xahiş olunur”.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »