Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya Komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən 49-cu iclasında iştirak edib.

QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişaf perspektivlərinin müzakirə olunduğu iclasdakı çıxışında deputat  əsasən ölkəmizdə “ASAN Xidmət” modeli ilə bağlı söhbət açıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2012-ci ildən uğurla fəaliyyət göstərməkdədir. Bu fəaliyyət yalnız vətəndaşlara xidmətin təmərküzləşməsi deyil, habelə dövlət qurumlarının işinin əlaqələndirilməsi, təkmilləşdirilməsi, səmərəliliyinin artırılması baxımından müstənsa əhəmiyyət daşıyır.


Ə.Amaşov çıxışında həmçinin 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyətinə də toxunub. Qurumun xarakterik iş prinsipləri barədə ətraflı məlumat verib.

Qeyd edək ki, 19-20 oktyabr 2017-ci il tarixlərində keçirilmiş iclasda İqtisadiyyat, ticarət, texnologiya və ekologiya Komitəsinin Tiflisdə keçirilmiş 48-ci iclasının protokolu təsdiqlənib, 50-ci iclasın gündəliyi müəyyənləşdirilib, strukturu yenilənib.


19
noyabr
MŞ “reket” KİV-lərlə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlayıb

-

ətraflı »
17
noyabr
525-i hədəfləyən «525»

-

ətraflı »
14
noyabr
Nekroloq

Altay Qulam oğlu Zahidov

ətraflı »
14
noyabr
Azərbaycan Mətbuat Şurasının MƏLUMATI

-

ətraflı »
08
noyabr
Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

-

ətraflı »
07
noyabr
Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda konfrans keçiriləcək

-

ətraflı »