Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ sədri Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısında iştirak edib

Tədbirdə Azərbaycan Mətbuat Şurası ilə TQF arasında əməkdaşlıq protokolu imzalanıb

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə Qəzetəcilər Federasiyasının oktyabrın 19-dan 22-dək keçirilən illik toplantısında iştirak edib. Türkiyənin Kayseri şəhərində baş tutan tədbir iştirakçıları sırasında bu ölkənin nüfuzlu media qurumlarının təmsilçiləri ilə yanaşı siyasi xadimlər və dövlət rəsmiləri də olublar.

Türkiyə prezidenti Abdullah Gülün də qatıldığı mərasimdə federasiyaya üzv jurnalist qurumlarının hesabat dövründə gördükləri işlərlə bağlı məruzələr, həmçinin söz və mətbuat azadlığı sahəsindəki tendensiyalar ətrafında müzakirələr keçirilib. MŞ sədri Ə.Amaşov Azərbaycan mətbuatının tarixi, bu günü, Azərbaycan və Türkiyənin media qurumları arasında əməkdaşlığın vəziyyətinə dair məruzə edib. Şura sədri iştirakçılara rəhbərlik etdiyi qurumun ölkəmizdə medianın özünütənzimləməsi istiqamətində reallaşdırdığı tədbirlərlə bağlı da məlumat verib. 

Toplantıda Azərbaycan Mətbuat Şurası ilə Türkiyə Qəzetəcilər Federasiyası arasında anlaşma protokolu imzalanıb. Protokolda  Azərbaycan jurnalistlərinin Türkiyədə düzənlənəcək media peşəkarlığı seminarlarına qatılmaları, Türkiyənin media ekspertlərinin Azərbaycana səfərlərinin təşkili, qurumların hər iki ölkənin media təşkilatları arasında əlaqələrin dərinləşdirilməsində vasitəçilik etmələri, birgə layihələr gerçəkləşdirmələri nəzərdə tutulub. Sənəddə TQF-nin növbəti toplantılarından birinin Azərbaycanda təşkili də əksini tapıb.

Qeyd edək ki, Türkiyə Qəzetəcilər Federasiyasının illik toplantısına Ə.Amaşovla yanaşı TQF-yə Azərbaycandan üzv olan jurnalist təşkilatlarının rəhbərləri - Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı da qatılıblar.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »