Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər” kitabının təqdimatı keçiriləcək

Kitaba mütəfəkkirin 200-ə yaxın əsəri daxil edilib

Mayın 31-də saat 12-də Azərbaycan Mətbuat Şurasında “Məhəmməd Əmin Rəsulzadə. Əsərləri. 1915-1916-cı illər” kitabının təqdimatı keçiriləcək. Mərasimdə MŞ İdarə Heyəti üzvləri, ölkənin müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri təmsilçiləri, jurnalistika sahəsində tanınmış alim və tədqiqatçılar iştirak edəcəklər.

Məlumat üçün bildiririk ki, bu cild M.Ə.Rəsulzadə irsinin yorulmaz tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovun uzun və səmərəli axtarışlarının nəticəsi kimi ərsəyə gətirdiyi üçüncü kitabdır. Bakının “Elm” nəşriyyatında çapdan çıxmış 600 səhifəlik kitaba mütəfəkkirin 1915-1916-cı illərdə “İqbal”, “Yeni iqbal”, “Açıq söz” qəzetlərində, “Qurtuluş” məcmuəsində işıq üzü görmüş 200-ə yaxın əsəri daxil edilib.

Qeyd edək ki, kitabın birinci cildi 1992-ci ildə nəşr olunub. Orada M.Ə.Rəsulzadənin 1903-1909-cu illərdə qələmə aldığı nümunələr toplanıb. İkinci cild 2001-ci ildə oxuculara ərmağan edilib. Kitabda M.Ə.Rəsulzadənin beş ildə (1909-1914) yazdığı əsərlər yer alıb. Üçüncü cildə gəldikdə isə oxucular onun yolunu 11 il gözləməli olublar.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »