Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

İclasda müzakirə edilən başlıca məsələ də Şuranın 2012-ci ildə gördüyü işlər olub

Yanvarın 31-də (sabah) saat 12.00-da Azərbaycan Mətbuat Şurasında qurumun 2012-ci ildə gördüyü işlərə dair hesabatı ictimaiyyətə təqdim edəcək. Məsələ ilə bağlı qərar bu gün Şuranın İdarə Heyətinin iclasında qəbul edilib. İclasda müzakirə edilən başlıca məsələ də Şuranın 2012-ci ildə gördüyü işlər olub.

 

Əsas diqqətin MŞ-nin prosedur fəaliyyətinə uyğun olaraq şikayətlərin araşdırılması və qərarların qəbuluna yönəldiyi hesabat mətnində mühüm istiqamətlərdən birini də «reket jurnalistika»ya qarşı mübarizə tədbirləri təşkil edib. Məlumat verilib ki, ötən il Şuraya ümumilikdə 685 müraciət daxil olub ki, onlardan 501-ni KİV materiallarından şikayətlər təşkil edib. Qurum şikayətləri əsas tutaraq ümumilikdə 27 qərar çıxarıb.

 

Bundan başqa Şura 2012-ci ildə diffamasiya təşəbbüsləri ilə də çıxış edib, jurnalist huquqlarının qorunması ilə bağlı fəaliyyət göstərib, müxtəlif məsələlərə dair konfrans, seminar və «dəyirmi masa»lar keçirib. İclasda bütün bunlarla və digər istiqamətlərlə əlaqədar konkret statistika təqdim olunub. Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.

 

Tədbirdə müzakirə olunan ikinci məsələ MŞ-nin 2013-cü il üçün iş planı olub. Mövcud istiqamətdəki diskussiyaların gedişində vurğulanıb ki, yeni köşklərdə qəzet satışının vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlərin intensivləşdirilməsinə ehtiyac var. İH üzvləri «reket jurnalistika»ya qarşı mübarizənin də gücləndirilməsinə xüsusi diqqətin yetirilməli olduğunu vurğulayıblar.

 

Müzakirə edilən növbəti məsələ kütləvi informasiya vasitələrinin iqtisadi imkanlarının artırılması yollarına, o cümlədən KİV-də reklamların yerləşdirilməsi mexanizminə dair olub.

 

İclasda bildirilib ki, 2013-cü il seçki ili olduğundan siyasi həyatda aktivliyin müşahidə olunması gözlənilir. Bu xüsusda kütləvi aksiyalar zamanı jurnalist təhlükəsizliyi məsələsinə həssas yanaşılmalıdır. Qeyd edilib ki, mövcud istiqamətdəki fəaliyyətdə başlıca prinsip peşə vəzifəsini yerinə yetirən jurnalistlərin hər hansı maneə ilə üzləşməmələridir. Prosesləri işıqlandıran KİV nümayəndələrinə hər cür şərait yaradılmalıdır. Həmçinin jurnalistlərin ekstremal şəraitdə iş aparmaları qaydalarının təkmilləşdirilməsinə, məsələ ilə əlaqədar zəruri tövsiyələrin verilməsi üçün müvafiq toplantıların təşkilinə ehtiyac var. Bunun üçün bütün zəruri imkanlardan istifadə edilməlidir. Mətbuat Şurasının monitorinq qrupu isə aksiyalardakı fəaliyyətini daha da intensivləşdirməlidir.

 

İclasda ümumən «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının Qanunundan, habelə informasiya işini nəzərdə tutan digər yerli və beynəlxalq aktlardan irəli gələn vəzifələrin reallaşdırılmasına, ayrı-ayrı praktik situasiyaların daha dərindən çatdırılmasına dəstək məqsədilə jurnalistlər üçün treninq-məşğələlərin təşkili zəruri sayılıb. Qeyd edilən məsələlər iş planına əlavə olunub.

 

 


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »