Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında heykəltəraş-rəssamla görüş keçirilib

Rəssamın milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin çay daşı üzərində yaratdığı rəsmi diqqət çəkib

Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın İdarə Heyətinin üzvlərinin heykəltaraş-rəssam, Xaçmaz Rəsm Qalereyasının direktoru Ədalət Elmanla (Pirverdiyev) görüş keçirilib.

MŞ sədri Əflatun Amaşov bildirib ki, özünəməxsus yaradıcılıq xüsusiyyətləri ilə seçilən Ə.Elmanın fəaliyyət çalarlarında Azərbaycan mətbuatının ənənələri də özünü göstərməkdədir. Şura sədri bu mənada rəssamın milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin çay daşı üzərində yaratdığı rəsminə diqqət çəkib.

Əl işi ilə tanış olan MŞ İdarə Heyətinin üzvləri onu nadir və ecaskar sənət nümunəsi kimi dəyərləndiriblər. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli sənətkarın Mətbuat Şurasına töhfəsindən məmnunluğunu ifadə edib.

Eyni fikri bölüşən MŞ sədrinin müavini Umud Rəhimoğlu sənətkarın məhz Həsən bəy Zərdabini canlandırmaq bacarığından daha böyük miqyaslı media tədbirlərində də istifadənin vacibliyini önə çəkib. Ə.Elman kimi şəxslərin yaradıcılığına hər zaman böyük ehtiyacın duyulduğunu deyib.

«Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı Ə.Elmanın məhz milli ideologiyamızın formalaşmasında müstəsna xidmətləri olan Həsən bəy Zərdabiyə müraciətini xüsusi məqam kimi vurğulayıb.

Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli rəssamın gələcək fəaliyyətində həm milli mətbuatımızın, həm də ümumən ictimai fikir tariximizdə mühüm rol oynamış digər şəxsiyyətlərə də müraciət edəcəyinə inamını vurğulayıb.

«Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas bildirib ki, spesifik sahəyə üz tutaraq özünü həmin sahədə məharətlə təsdiqləmək bacarığı hər sənətkara müəssər olan xöşbəxtlik deyil.

Görüşdə Ə.Elmana təsviri sənət nümunələrində Azərbaycanın mətbuat ənənələrini yüksək peşəkarlıqla canlandırdığını görə Mətbuat Şurasının diplomu təqdim olunub.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »