Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi diffamasiya ilə bağlı tədbirlər həyata keçirəcək

Mayda mövzu ilə əlaqədar beynəlxalq konfransın təşkili planlaşdırılıb

Bu gün Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ATƏT-in Bakı ofisinin demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenterlə görüşüb. Şürada baş tutan görüşdə əsas müzakirə mövzusu MŞ-nin ATƏT-in Bakı ofisi ilə birgə reallaşdırdığı layihə olub. 

Qeyd edək ki, hər iki qurum 2011-ci ilin martından «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın təkmilləşdirilməsi və diffamasiya haqqında qanunun qəbulunun sürətləndirilməsi ilə bağlı birgə layihə həyata keçirməkdədir. Ötən ilin sentyabrında layihənin birinci istiqaməti üzrə işlər tamamlanıb. Həmin vaxt Bakıda təşkil olunan beynəlxalq konfransda AJPDQ-nın yeni təkmilləşdirilmiş variantı ictimaiyyətə təqdim olunub.

MŞ sədri Əflatun Amaşov ötən il layihə çərçivəsində intensiv işlərin aparıldığını xatırladaraq bunun diffamasiya mühitinə hazırlıq baxımından əhəmiyyətliliyini önə çəkib. Diffamasiya haqqında qanunun qəbulu ilə bağlı görüləcək işlərin sürətləndirilməsinə ehtiyacın duyulduğunu deyən Şura sədri rəhbərlik etdiyi qurumun qanun layihəsi hazırladığını bildirib.

ATƏT-in Bakı ofisinin nümayəndəsi J.Karpenter diffamasiyaya dair məsələnin söz və mətbuat azadlığının dərinləşməsində vacib amil olduğunu önə çəkərək təmsil olunduğu təşkilatın qarşıdakı birgə fəaliyyətə böyük önəm verdiyini vurğulayıb.

Müzakirələrdən sonra bu il aprelin 26-da və mayın 5-də diffamasiya ilə bağlı iki «dəyirmi masa»nın təşkili qərara alınıb. Tədbirlərdə məsələ ilə əlaqədar kütləvi informasiya vasitələrinin, jurnalist birliklərinin təmsilçiləri və media ekspertlərinin iştirakı ilə geniş müzakirələrin aparılması məqbul sayılıb. Mayın 11-də isə Bakıda mövzuya dair ATƏT-in və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə beynəlxalq konfransın təşkili planlaşdırılıb ki, həmin toplantıda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin, həmçinin xarici media ekspertlərinin və KİV təmsilçilərinin iştirakı nəzərdə tutulur.




14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »