Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası Baş Prokurorluğa müraciət ünvanlayıb

-

Azərbaycan Mətbuat Şurası ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşlarına fiziki təzyiqlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb. 

 

Müraciətdə bildirilib ki, 2016-cı iyunun 4-də ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə Şamaxı şəhərindəki “Şamaxı” yeməkxanasında çəkiliş apararkən insident baş verib. Bununla bağlı müxtəlif kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya resurslarında məlumatlar yayılıb: “Sözügedən yeməkxananaın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov telekanalın əməkdaşlarına fiziki təzyiq göstərib, onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıb”.

 

Müraciətdə eyni zamanda bildirilib ki, hər bir jurnalist işinə məsuliyyətlə yanaşmalıdır. Mövcud yanaşma cəmiyyətin mənafelərinin, informasiyaya olan tələbatının yerinə yetirilməsi zərurətinə əsaslanmalıdır. Jurnalistlərin sərbəst və maneəsiz şəkildə öz peşə vəzifələrini yerinə yetirmələrinə qanuni şərait yaradılmalıdır. Məhz buna görə də ATV telekanalının əməkdaşlarının üzləşdikləri durum ciddi şəkildə nəzarətdə saxlanılmalıdır.

 

“Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesində yuxarıda qeyd etdiyimiz cəhətlərə, ümumən media amilinə həssas yanaşılır. Əminik ki, sizin sayənizdə ATV telekanalının “Yoxlama” layihəsinin əməkdaşları ilə bağlı insidentə də eyni həssaslıqla yanaşılacaq. Sizdən bu məsələnin ətraflı araşdırılmasına, müvafiq qanuni ölçü götürülməsinə kömək göstərməyinizi xahiş edirik”, - deyə müraciətdə vurğulanıb.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »