Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Ahıl jurnalist xanım mənzilində ziyarət edilib

-

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvləri 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində 75 yaşı tamam olan veteran jurnalist Mənsurə Mənsurova-Əfəndiyevanı yaşadığı mənzilində ziyarət edərək ona media ictimaiyyətinin təbriklərini və xoş arzularını çatdırıblar.

MŞ sədri Əflatun Amaşov Şuranın ahıl jurnalistllərlə bağlı gerçəkləşdirdiyi “Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” layihəsi barədə məlumat verib. O bildirib ki, peşəkar fəaliyyəti məhdudlaşmış, xüsusi diqqətə ehtiyacı yaranmış veteran jurnalistlərə qayğı göstərilməsini nəzərdə tutan layihənin davamlılığı üçün başlıca səbəb gənc nəslin yaşlı qələm sahiblərinin örnək mahiyyət daşıyan həyat yolu barədə daha məlumatlı olmasına duyulan ehtiyacdır. Sonra Ə.Amaşov uzun illər ölkə nəşriyyatlarında səmərəli fəaliyyət göstərmiş M.Mənsurova-Əfəndiyevaya Mətbuat Şurasının diplomunu təqdim edib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Y.Kərimov və müavini Məzahir Süleymanzadə, həmçinin görüşə qoşulan tələbə yoldaşları, həmkarları yubilyarın yüksək insani və peşəkarlıq keyfiyyətlərindən söz açıb, ötən günlərin xoş xatirələrini yada salıblar.

Qeyd edək ki, M.Mənsurova-Əfəndiyeva BDU-nun jurnalistika şöbəsini qiymətlərlə bitirib. O,  fəaliyyət göstərdiyi 1962-1994-ci illərdə “Elm” nəşriyyatında  və “Azərnəşr”də yüzlərlə kitabın  redaktoru, elmi-populyar mövzularda bir sıra kitabların tərcüməçisi və tərtibçisi olub.


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »