Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Olimpiya Hərəkatı və Olimpiya Oyunlarının təbliğində idman mətbuatının rolu»

-

Mətbuat Şurası və Milli Olimpiya Komitəsi bu mövzuda «dəyirmi masa» keçirib

 

Bu gün Azərbaycan Mətbuat Şurasının və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə «Olimpiya Hərəkatı və Olimpiya Oyunlarının təbliğində idman mətbuatının rolu» mövzusunda «dəyirmi masa» keçirilib.

 

Toplantını giriş sözü ilə MŞ sədri, Milli Məclisinin deputatı Əflatun Amaşov açaraq Azərbaycanın idman ölkəsi kimi malik olduğu ənənələrdən danışıb. Bu ənənələrin formalaşmasında medianın roluna toxunan Ə.Amaşov vurğulayıb ki, jurnalistlərlə idman sahəsində çalışan təşkilatların qarşılıqlı əlaqələrinin daha sıx şəkildə qurulması günün tələbidir. «Milli Olimpiya Komitəsi və Mətbuat Şurası mövcud istiqamətdəki fəaliyyətə start verib. Bu, Rio olimpiadası öncəsi jurnalistlərlə ilk görüşdür. Növbəti görüş idmançılarımızı mötəbər idman tədbirinə yola salmazdan öncə keçiriləcək. İdmançılarımız olimpiadadan döndükdən sonra da toplantıların təşkilini nəzərdə tuturuq», - deyən MŞ sədri Azərbaycanda idman jurnalistikasının hazırkı inkişaf xüsusiyyətlərindən söz açıb. O bildirib ki, idmanın kütləviləşməsi şəraitində prosesə adekvat media nümayəndələrinin formalaşması zəruridir. Bu isə jurnalistlərin ixtisaslaşma dərəcəsindən asılıdır. Ə.Amaşov çıxışında həmçinin idman jurnalistləri arasında yaradıcılıq müsabiqələrinin təşkilini əhəmiyyətli sayıb və təklif edib ki, ən yaxşı yazı müəllifinin 31-ci Yay Olimpiya Oyunlarında iştirakının təmin olunması məsələsi nəzərdən keçirilsin.

 

Milli Olimpiya Komitəsinin idarə rəisi Cəmaləddin Rəhmanov qarşıdan gələn Yay Olimpiya Oyunlarını işıqlandıracaq jurnalistlərin turniri cəmiyyətimizə çatdırmaqla yanaşı, onun təşkili xüsusiyyətləri ilə bağlı Bakıda keçirilmiş I Avropa Oyunları arasında paralellər aparmasının vacibliyinə toxunub. O, I Avropa Oyunları zamanı Azərbaycanın dünyaya yüksək standart nümayiş etdirdiyini vurğulayıb, jurnalistlərimizin prosesdəki rolunu yüksək qiymətləndirib.

 

Olimpiya Oyunları kimi dünya miqyaslı idman tədbirlərinin keçirilməsindəki ayrı-ayrı cəhətlərə diqqət çəkən C.Rəhmanov onu da bildirib ki, oyunların Riodan işıqlandırılması ilə yanaşı, MOK-da media nümayəndələri üçün «açıq qapı» təşkil olunacaq. Bu yolla orada baş verən yeniliklərin çatdırılması koordinasiya ediləcək.

 

MOK-un vitse-prezidenti Xəzər İsayev Azərbaycanda ilk idman qəzetinin işıq üzü görməsindən bu günkü dövrə qədər idman jurnalistikasının böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. O, hazırda ölkəmizdə nəfis tərtibatlı idman jurnallarının, oxunaqlı internet informasiya resurslarının fəaliyyət göstərdiyini bildirərək MOK-un xətti ilə işıq üzü görən nəşrlərin də idmanla əlaqədar yeniliklərin cəmiyyətə təqdimatındakı müstəsna roluna toxunub, eyni zamanda idman jurnalistikasının daha da inkişaf etməli olduğunu vurğulayıb. Mövcud istiqamətdə xüsusi tədris proqramının işlənməsinin zəruriliyindən söz açan vitse-prezident qeyd edib ki, MOK sahəyə dəstək verməyə hazırdır. X.İsayev həmçinin bildirib ki, mötəbər idman tədbirləri ölkənin tanıtımı üçün mühüm vasitə kimi qiymətləndirildiyindən jurnalistlərin də məsələyə həssas yanaşmaları şərtdir.

 

MOK-un aparıcı məsləhətçisi, «Olimpiya dünyası» qəzetinin baş redaktoru Murad Fərzəliyev çıxışında deyib ki, böyük idman tədbirlərinə rəy verilərkən ilk növbədə mediada yayımlanan materialların təhlili aparılır. Buna görə də jurnalistlərimiz məsələyə həssas yanaşmalıdırlar. Həssaslıq peşəkarlıqdan keçir. İdman jurnalistikası isə müəyyən mənada konkret sahə jurnalistikası deyil. Hazırda vəziyyət elə gətirib ki, idmandan yazan jurnalist həm iqtisadiyyata, həm də digər sahələrə bələd olmalıdır. Çünki hansısa ölkədə böyük idman yaraşlarının keçirilməsinin mümkünlüyü dəyərləndirilərkən yalnız təşkilatçılıq məsələləri deyil, ərazinin xüsusiyyətləri, ekoloji durumu və sair cəhətlər mütləq qaydada nəzərə alınır.

 

Müzakirələr şəraitində keçən «dəyirmi masa»da çıxış edənlər Azərbaycanda idman jurnalistikasının inkişafında xidmətləri olan qələm sahiblərinin təcrübəsindən faydalanılmasının vacibliyindən, bu sahədəki yeniliklərlə praktik jurnalistlərin daha operativ surətdə təmin edilməsinin əhəmiyyətindən söz açaraq mövcud istiqamətlərdə məqsədyönlü tədbirlərin görülməsinin zəruriliyini əsaslandırıblar.

 

 n


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »