Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

Daha bir saytın adı  MŞ-nin «qara siyahı»sına salına bilər

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası növbəti iclasını keçirib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri MüşfiqƏləsgərlinin başçılıq etdiyi Komissiyanın üzvləri 5 kütləvi informasiya vasitəsi ilə bağlı məsələni araşdırıblar.

Öncə «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşının «Polemik.az» saytı barədə müraciətinə baxılıb. Komissiya saytdan şikayət doğuranyazıları araşdıraraq rəyə gəlib ki, Mətbuat Şurasının bu KİV barədə müvafiq ölçü götürməsi üçün ciddi əsaslar vardır. Belə ki, saytın baş redaktoru Firuz Kazımoğlu «Kütləvi informasiyavasitələri haqqında» Azərbaycan Respublikası Qanunununtələblərini pozaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib. O, həmin materiallarda vaxtı ilə çalışdığı bu qurumun rəhbərliyi və ayrı-ayrı əməkdaşları barədə şərəf və ləyaqətin təhqirinə, işgüzarnüfuzun aşağılanmasına yönələn qərəzli fikirlər, ifadələr işlətməklə özünü maraqlı tərəf kimi göstərib. Nəticədə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısız yanaşılıb.

Komissiya bütün bunları nəzərə alaraq «Polemik.az» saytına Azərbaycan Mətbuat Şurasının xəbərdarlığını edib. KİV-ə qarşı tərəfdən üzr istənilməsi, təkzib verilməsi, şikayət doğuranyazıların saytdan çıxarılması tövsiyə olunub. Baş redaktor Mətbuat Şurasının qərarının icrasına hazır olduğunu bildirib.

İclasda Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin «Nüanslar» qəzeti barədə  şikayəti əsasında da rəy çıxarılıb. Mətbu orqanın rəhbərliyi bildirib ki, bu idarə barədə gedən yazıda balansın gözlənilməməsi bir sıra etik prinsiplərin pozulması ilə nəticələnib. Qəzet növbəti sayında bunları aradan qaldırmağa hazırdır. Komissiya belə mövqeni məsələnin həlli üçün  yetərli sayıb.

Gəncə Musigi Kollecinin «Patriot.az» saytı barədə müraciətinə cavabdeh tərəfin iştirakı olmadan baxılıb. KİV rəhbərliyi naməlum səbəbdən iclasa qatılmayıb. Komissiya narazılığa səbəb yazının «reket jurnalistika»ya xas tərzdə təqdim olunduğunumüəyyənləşdirib. Bu, eləcə də digər məqamlar əsas götürülərək məsələnin MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında da araşdırılması zəruri hesab edilib. Sayt barədə yekun qərar bu komissiyanın təqdimatının müzakirəsindən sonraqəbul olunacaqdır

«Azəri -Türk» Qadınlar Birliyinin «İdealpress.az» və «Expromt.az» saytları haqqında müraciəti müzakirə olunarkən komissiya üzvləri qənaətə gəliblər ki, məsələnin mahiyyətində inzibati orqanların araşdırmalı olduğu cəhətlər üstünlük təşkil edir.Buna görə də həmin materialların baxılmaq üçün müvafiqorqanlara göndərilməsi məqbul sayılıb.

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »