Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İstedadlı şair, jurnalist, publisist Fikrət Mursaqulov Mətbuat Şurasında anıldı

“Kitab onu bir daha yaddaşımıza ömürlük həkk elədi”...

Bu gün Azərbaycan Mətbuat Şurasında cəmi 34 il ömür sürmüş istedadlı jurnalist,  şair-publisist Fikrət Mursaqulovun xatirəsi anılıb. Şair-publisist Həzi Həsənlinin “Uğur” nəşriyyatında çap olunmuş “İşıq əlifbası” kitabının təqdimatı konkeksində keçirilən mərasimə mərhum sənətkarın qələm dostları, yaxınları, tələbə yoldaşları və ölkə KİV-lərinin təmsilçiləri toplaşmışdılar.

Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açdı. O bildirdi ki, Mətbuat Şurası dünyasını dəyişmiş tanınmış jurnalistlərimizin anım günlərinin keçirməsini ənənəyə çevirib. İstedadlı qələm sahibi F.Mursaqulovun xatirə işığına toplaşmağımız da bu ənənənin davamından irəli gəlir. “Həzi Həsənlinin “İşıq əlifbası” kitabı bizi 25-30 il əvvələ qaytarıb. O, həqiqətən işıqlı adam idi. Kitabda onunla təmaslarımla əlaqədar fikirlər də yer alıb. Dəyərli jurnalist, şair, publisist, araşdırmaçı, ədəbiyyatşünas idi. Cavan yaşında ətrafına kifayət qədər insanları toplaya bilmişdi”, - deyən Ə.Amaşov müəllifin və dostlarının “İşıq əlifbası”nı ərsəyə gətirməklə böyük xeyirxahlığa imza atdıqlarını vurğuladı.

Sonra kitaba ön sözü yazmış “Xalq qəzeti”nin şöbə müdiri, filologiya elmləri namizədi İlham Abbasov çıxış etdi. İ.Abbasov çıxışında F.Mursaqulovu dostluq və ünsiyyət məktəbi, fenomen yaddaşa malik doğma adam adlandırdı. “Bu kitab jurnalistin jurnalist haqqında duyğularının təcəssümüdür” sözləri ilə fikirlərinə yekun vurdu.

“Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu görmə qabilyyətini itirmiş Fikrətin həsəd aparıla biləcək dərəcədə duyuma, həssaslığa malik olmasından danışdı: “Söz dünyası onun yaşam dünyası idi”. “Səhər” qəzetinin baş redaktoru Məzahir Süleymanzadə kitabın Fikrəti bir daha bizə xatırlatdığını söylədi: “Bu kitab həm də onun dostlarına hədiyyədir”. Jurnalist Məsaim Abdullayev Bakı Dövlət Universitetində ondan 2 kurs yuxarıda oxumuş F.Mursaqulovun müəllimlər və tələbələr tərəfindən necə sevildiyinə dair misallar gətirdi.

 

Mehman Mehmanov keçmiş tələbə yoldaşını belə səciyyələndirdi: “Bənzərsiz bir insan idi. Kitab onu bir daha yaddaşımıza ömürlük həkk elədi”.

Şair Mahmud Vəli Fikrətin dərin yaddaşa malik olduğundan, klassiklərimizin poetik nümunələrini misra-misra əzbərdən söylədiyindən və istedadına xas qeyri-adiliyinin təfərrüatlarından söhbət açdı.

Rəssam Şamxal Nəsiboğlu F.Mursaqulovla bağlı xatirələrini danışaraq onun portretinin yaranma tarixçəsindən danışdı.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas: “Bu insanı görməsəm də imzasını yaxşı xatırlayıram. Kitabda dolğun obrazı yaradılıb. Az ömürlü insanlar çoxdur. Lakin heç də hamısı Fikrət kimi xatirələrdə qalmayıb”.

Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu mərasimə toplaşanların Fikrətin ruhu ilə bağlı insanlar olduğunu dedi. Onun barəsində xatirələrini dilə gətirdi.

Mərhumun sinif yoldaşı Mais Muradov, Korlar Cəmiyyəti nəşriyyatının işçisi Famil Hacısoy, “Respublika” qəzetinin əməkdaşı Nəriman Cavadov, həmçinin sənətkarın yaxın dostu Givi Paçxataşvili və jurnalist Gülnaz Əliyeva (“Azərbaycan dəmiryolçusu” qəzeti) Fikrətin gənc nəsilə örnək ola biləcək insani keyfiyyətlərindən söhbət açdılar. Tanınmış jurnalist Eyvaz Borçalı F.Mursaqulovun bu xüsusiyyətlərinin soykökündən qaynaqlandığını bildirdi: “Fikrət böyük ənənələrə malik bir nəslin nümayəndəsi idi. Ötən əsrin əvvəllərində yaşamış Alay bəy Mursaqulovu Rusiyada da yaxşı tanıyırdılar”.

Sonda əsərin müəllifi Həzi Həsənliyə söz verildi. O, iştirakçılar adından belə bir tədbirin təşkilinə görə Mətbuat Şurasına təşəkkürlərini bildirdi. Sözünü əsərdə dediyini dilə gətirən müəllif onlara “İşıq əlifbası” ilə yaxından tanışlığın həm də Fikrət ruhuna yeni ehtiram nümunəsi olacağını bildirdi.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »