Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının sədri Türk Dünyası Jurnalistləri Şurasının II toplantısında iştirak edir

-

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Türk Dünyası Jurnalistləri Şurasının II toplantısı fəaliyyətə başlayıb. 20 ölkədən 200-dən artıq nümayəndənin iştirak etdiyi tədbirə ölkəmizdən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət qatılıb.

Toplantı iştirakçıları öncə təmsil olunduqları bölgələrdən gətirdikləri qəzet və jurnalların nümunələri əsasında hazırlanmış media sərgisinə qatılıblar. Sərgidə yaradılmış Azərbaycan guşəsi böyük maraqla qarşılanıb.

MŞ sədri Ə.Amaşov toplantıdakı məruzəsində türk dünyası ilə bağlı media qurumlarının mövcudluğunun əhəmiyyətindən danışıb, onları bu məkanın dünyaya təsir gücünün artırılmasındakı mühüm vasitələr kimi dəyərləndirib. Qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətlərindən, türk dünyası mediasının mövcud dünya düzənindəki rolundan söz açan Ə.Amaşov həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərinə toxunub, Azərbaycanda jurnalistikanın vəziyyəti barədə məlumat verib.

Toplantıda Azərbaycan Mətbuat Şurası Türk Dünyası Jurnalistləri Federasiyasının Türk Dünyası Media Mükafatına layiq görülüb.

Tatarıstanın və bütövlükdə Rusiyanın rəsmi nümayəndələrinin, elm xadimlərinin, ictimaiyyət nümayəndələrinin qatıldıqları tədbirdə dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanıb, türk dünyasının müştərək problemlərinə münasibətdə kütləvi informasiya vasitələrinin yanaşma tərzini əks etdirən məqamların təhlili aparılıb.

Qeyd edək ki, Türk Dünyası Jurnalistləri Şurasının ilk toplantısı ötən il Türkiyənin Əskişəhər şəhərində baş tutmuşdu.

 

 

 


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »