Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ-nin Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 3 məsələyə baxıblar

Bu gün Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 3 məsələyə baxıblar.

Qazax Rayon Gənclər və İdman İdarəsinin “Ədalət tribunası” qəzeti ilə əlaqədar şikayəti araşdırılıb. Çıxışlarda vurğulanıb ki, bu mətbu nəşrin saylarında əsasən ölkənin qərb bölgəsinin büdcə təşkilatları hədəf götürülüb. Təqdim olunan materiallarda bir qayda olaraq etik prinsiplərin tələbləri gözlənilmir. Qəzetlə bağlı bundan əvvəlki materiallar rəy verilmək üçün Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına göndərildiyindən məsələyə həmin instansiyada birləşdirilərək baxılması məqsədə müvafiq sayılıb.

İclasda birmənalı surətdə vurğulanıb ki, son illər xəbər portallarının sayının artması özünü tendensiya kimi biruzə verir. Lakin burada jurnalist etikasına sayğısız yanaşma hallarının çoxalması, xüsusilə bəzilərinin “reket nəşr”lərlə həmkarlıq şəraitində fəaliyyət göstərmələri narazılıq və narahatlıq doğurmaqdadır. Belələrinin ictimai qınağa cəlb olunmaları medianın və cəmiyyətin sosial sifarişidir.

Komissiya üzvləri “Dünya” İnformasiya Agentliyinin “Metro-Servis” MMC barədə yayımladığı materialın da təqdimatında “reket jurnalistika”ya xas cəhətlərin üstünlük təşkil etdiyini müəyyənləşdiriblər. Belə rəyə gəlinib ki, etik prinsiplərə sayğısız münasibət informasiya agentliyinə Azərbaycan Mətbuat Şurasının ciddi xəbərdarlığının edilməsini şərtləndirir. Məsələ ilə əlaqədar MŞ-nin yekun qərarının çıxarılması üçün Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının müvafiq araşdırma aparması məntiqi sayılıb.

Saatlı Rayon Təhsil Şöbəsinin “Obyektiv fikir” qəzetinə qarşı şikayəti həmin nəşrə Mətbuat Şurasının xəbərdarlığının olunması ilə yekunlaşıb. Qəzet rəhbərliyinin nəzərinə çatdırılıb ki, narazılığa səbəb yazılar faktiki materiallara əsaslanmadığından qərəz və sifariş nümunəsi təsirini bağışlayır. Məqalələrdə Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nuralıyevin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun ləkələnməsinə istiqamətlənən fikirlər yer aldığından qəzetə qarşı tərəfdən üzr istənilməsi, təkzib, yaxud mövqeyini əks etdirən məktubunun dərci tövsiyə olunmalıdır.  


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »