Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Valid Sənaninin əziz xatirəsinə

Azərbaycan Mətbuat Şurasının nekroloqu

Milli mətbuatımıza ağır itki üz verib. Görkəmli jurnalist Valid Möhsün oğlu Sənani yanvarın 23-də vəfat edib. O, 76 il yaşayıb, ömür-gününün 56 ili mediamızla bağlı olub. Özündən sonra Azərbaycan jurnalistikasına, media təmsilçilərimizə yüksək peşəkarlığı və məsuliyyəti ilə diqqəti çəkən orijinal yaradıcılığı, sözə, sənətə sayğılı münasibəti təlqin edən irsi yadigar qalıb. 

Valid Sənani sevilən, adı, əbədi yaddaşlarda qalan peşəkar jurnalistlərdən, səmimi, qayğıkeş insanlardan biri idi. Heç şübhəsiz belə keyfiyyətlərin formalaşmasına Azərbaycanın Möhsün Sənani kimi möhtəşəm aktyorunun ailə ocağında boya-başa çatmaq, sənət sevgisinin nə olduğunu əxs etmək təsirsiz ötüşməyib.

O, 12 may 1935-ci ildə Bakı şəhərində anadan olub, 7 saylı orta məktəbdə təhsil alıb. 1957-ci ildə Bakı dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirib. Lakin tale yolunu 1955-ci ildə Azərbaycan radiosunda diktor kimi fəaliyyətə başlaması ilə müəyyənləşdirib. 3 il sonra radionun “Xəbərlər” baş redaksiyasına keçirilib. Düz bir qərinə orada işləyib. Redaktor, böyük redaktor, baş redaktorun müavini, baş redaktor, nəhayət proqram baş redaksiyasının direktoru işləyi Valid Sənani bu illər ərzində teleradio məkanımızda peşəkarlıq meyarlarının formalaşmasında misilsiz xidmətlər göstərib. Respublkada və dünyada baş verən hadisələrin dolğun və operativ çatdırılmasında səylərini əsirgəməyib. Ən əsası Azərbaycanda kamil diktorluq məktəbinin yaradıcılarından biri kimi bu sənətin onlarca istedadlı nümayəndəsinin püxtələşməsinə kömək göstərib. 

Ölkə televiziyası tarixinə ilk futbol şərhçisi kimi daxil olan V.Sənani yüksək məharəti ilə tamaşaçılara saysız-hesabsız sevincli, həyəcanlı anları yaşadıb. Onun bu sahədəki peşəkarlığı da müasirləri və özündən sonrakı futbol şərhçiləri üçün örnək sayılır.

V.Sənani 1991-ci ilin martında Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini seçilib və ömrünün sonunadək bu vəzifədə çalışıb. Zəngin təcrübəsini burada da həvəslə sərf edib. 1989-cu ildə “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adına layıq görülüb. Beynəlxalq Jurnalistlər İttifaqları Konfederasiyası Şurasına üzv seçilib.

V.Sənani həm də səmimi, qayğıkeş ailə başçısı olub. Həyat yoldaşı tanınmış televiziya diktoru Ofelya Sənani ilə birgə bir oğul, bir qız boya-başa çatdırıb. Üç nəvə, bir nəticə sevincini yaşayıb. Onun ən böyük mükafatı isə heç şübhəsiz qəlblərdə yaşayan əziz xatirəsidir.

Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurası




13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »