Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası İdarə Heyətinin üzvləri yubiley mərasiminə qatılıblar

Yevlax şəhərində baş tutan tədbirdə «Kür» qəzetinin 75 illik fəaliyyəti işıqlandırılıb

Bu gün Yevlaxda fəaliyyət göstərən «Kür» qəzetinin 75 illik yubileyi keçirilib. Azərbaycan Mətbuat Şurası İdarə Heyəti üzvlərinin, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri təmsilçilərinin, rayon ziyalılarının, ətraf bölgələrin media orqanlarının qatıldıqları mərasim iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

Yevlax şəhərindəki Heydər Əliyev adına sarayda baş tutan tədbir «Kür» qəzetinin 75 illik fəaliyyətinə qısa ekskursla başlayıb. Məlumat verilib ki, Azərbaycanın yaşlı, öz ənənələri və yaradıcılıq uğurları ilə seçilən bu bölgə qəzeti ötən müddətdə“Yeni Yevlax”, “Qələbə”, “Təşəbbüs” və nəhayət “Kür” adları ilə 5570 dəfə işıq üzü görüb. Həmin saylardan Yevlax rayonunun salnaməsi, nəsillərin, müxtəlif yaşlı, peşəli, vəzifəli insanların fikir və duyğuları, istək və arzuları boylanıb. Bu nümunələrin daim yüksək peşəkarlıq və məsuliyyətlə təqdimatı qəzetin ictimai nüfuzunu formalaşdırıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Şuranın fəal üzvlərindən olan “Kür”ün yüksək tirajı, maddi-texniki bazası, dövriliyi ilə ölkəmizin digər bölgə qəzetlərinə nümunə olması onun xüsusi diqqəti çəkən cəhətlərindəndir. «Kür» həqiqətən də örnək bölgə mətbuatı nümunəsidir. Nəşr Yevlaxın, onun əməksevər əhasinin simasına çevrilib. Qəzetin yüksək səviyyəyə çatması böyük zəhmət tələb edən proses olub. Bu işdə nəşrin hər bir əməkdaşının müstəsna payı var. Təbii ki, ən böyük pay Yevlax ictimaiyyətinə, rayonun rəhbərliyinə məxsusdur. Onların birgə səyi nəticəsində «Kür»ün timsalında region mediası modelinə sahibik», - deyə o vurğulayıb. Ə.Amaşov Azərbaycan Mətbuat Şurasının təbrik plaketini «Kür» qəzetinin baş redaktoru Əminə Yusifqızına təqdim edib.

«Kür» qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı çıxışında yubiley mərasiminin iştirakçılarına təşəkkürünü bildirib. Qəzetə rəhbərlik etdiyi 20 ili xarakterizə edən Ə.Yusifqızı deyib ki, bu müddətdə nəşrin çətin şəraitdə ağır məhrumiyyətlər bahasına işıq üzü gördüyü dönəmlər də olub: «Lakin ən çıxılmaz anlarda da qələmi yerə qoymamışıq, işləmişik. Hazırda rayon rəhbərliyinin və ictimaiyyətinin böyük qayğısı ilə əhatə olunmuşuq. Belə tədbirin təşkili də bunun bariz nümunəsidir. İndi qarşımızda bir vəzifə dayanır - yorulmadan işləmək. Bunun  üçün hər şərait və imkana malikik».

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bölgələrdə «Kür» qəzeti kimi nəşrlərin sayının artırılması zəruritəndən söhbət açıb. Onun sözlərinə görə, ölkədə mediaya dövlət səviyyəsində göstərilən diqqət və qayğı hər bir rayonda belə nümunələrin olacağına dərin inam hissi yaradır: «Azərbaycanda media siyasəti davamlı strategiyaya əsaslanır və çoxcəhətlidir. Bu xüsusiyyət region mətbuatının da dünya təcrübəsinə əsaslanan modelini ortaya qoymaq imkan verir. «Kür»ün mövcud istiqamətdə böyük uğurlar qazanacağına əminəm», - deyə o vurğulayıb.

«Kür» qəzeti ilə tanışlığının ötən əsrin 90-cı illərindən başlandığını deyən «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu diqqəti mətbu orqanın  özünəməxsus yaradıcılıq keyfiyyətlərinə yönəldib: «Məhz bu, qəzetə geniş və sadiq oxucu auditoriyasını qazandırıb. «Kür»ün bölgə nəşrləri içərisində ən yüksək tiraja malik olması hər birimizi sevindirir. Qəzetin bu baxımdan bəzi paytaxt nəşrlərini qabaqlaması xüsusilə fərəhləndiricidir».


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »