Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin məlumatı

Azərbaycan jurnalistlərinin VI qurultayının  İ ş   P l a n ı:

Azərbaycan jurnalistlərinin VI qurultayının iştirakçıları 11 iyul 2013-cü il tarixdə saat 08.30-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət edəcəklər. Saat 9-dan qeydiyyat həyata keçiriləcək. Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq ali məclis saat 10.00-da işinə başlayacaq. Bu qərarlar Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin iclasında çıxarılıb.

İclasda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyası sədinin VI qurultaydakı hesabat məruzəsi dinlənilib və müzakirələrdən sonra hər iki sənədin ali məclisin gündəliyinə daxil edilməsi məqbul sayılıb.

Qurultayın iş planı və reqlamenti ətrafındakı müzakirələrdə bildirilib ki, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına və Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə dəyişiklik nəzərdə tutulur. AJPDQ-ya dəyişikliklər Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin 2010-2011-ci illərdə həyata keçirdiyi birgə layihə çərçivəsində aparılıb. Məsələ ölkənin jurnalist ictimaiyyətinə kifayət qədər aydındır. Qurultay həmin dəyişikliklərə münasibətini bildirməlidir. Bunun üçün ali məclis nümayəndələrinə AJPDQ-nın əvvəlki və hazırkı variantı müqayisəli şəkildə təqdim olunacaq.

Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliyə gəlincə, burada söhbət Şuranın İdarə Heyətinin tərkibinin genişləndirilməsindən gedir. Qərara alınıb ki, Şuranın İdarə Heyətinin qurultay tərəfindən seçilən 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət olması üçün ali məclis təmsilçilərinin rəyi öyrənilsin. Bu zaman həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı ictimaiyyəti təmsil edəcək. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si ictimaiyyətdən olacaq. Bütün bunların ətraflı izahla birgə ayrıca bülletendə yer alması qərarlaşdırılıb.

İclasda müzakirəyə çıxarılan növbəti məsələ iyunun 15-dən, yəni Mətbuat Şurasının İdarə Heyətinin qurultay qərarı verdiyi toplantısından sonra ali məclisə hazırlıq istiqamətində görülən işlərin nəzərdən keçirilməsi olub. Məlumat verilib ki, indiyədək Mətbuat Şurasına üzv qurumlara qurultayla bağlı müraciət ünvanlanıb.  Onlar qurultayda iştirak üçün nümayəndələrini, eləcə də adı ali məclisin yekun səsvermə bülleteninə daxil edilmək üçün olan namizədlərini müəyyənləşdiriblər. İclasda həmin namizədlərdən ən çox səs toplayanlar üç kateqoriya üzrə qruplaşdırılıb - jurnalistlər, ictimaiyyət nümayəndələri və internet xəbər portallarının təmsilçiləri. Bülletenə 24 jurnalistin, 18 ictimaiyyət nümayəndəsinin və internet mediadan 9 namizədin adı daxil edilib.


Azərbaycan jurnalistlərinin VI qurultayının

İ ş   P l a n ı

Qurultayın keçirilmə vaxtı: 11 iyul 2013-cü il
Yeri: Rəşid Behbudov adına Mahnı Teatrı

09:00. Qeydiyyat
10:00 - 12:00         Açılış - Azərbaycan Respublikasının dövlət himninin səslənməsi
- Sədarət, Katiblik, Say və Mandat komissiyalarının yaradılması;
- Reqlament və gündəliyin təsdiq olunması;
Məruzələr:
1. Azərbaycan Mətbuat Şurası sədrinin hesabatı;
2. Nəzarət-Təftiş Komissiyasının hesabatı
(Məruzə və hesabat ətrafında müzakirələr)
12:00 - 12.45     Azərbaycan Mətbuat Şurası Nizamnaməsinə və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi
(Müzakirələr)
12.45 - 13.00         Fasilə
13.00 - 14:30         İdarə Heyətinin və NTK-nın yeni tərkibinin və MŞ sədrinin seçilməsi
14:30 - 15:00         Qurultayın yekun sənədlərinin qəbulu


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »