Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Türkiyə Səfirliyinin müşaviri Mətbuat Şurasında olub

-

Bu gün Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Azərbaycan Mətbuat Şurasında olub. 

Qonağı salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov hər iki qardaş ölkə mediası arasındakı təmasların yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib. O bildirib ki, ötən ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd göstərildiyi zaman Azərbaycan mediasının Türkiyə dövlətçiliyinə sədaqət nümayişi qarşılıqlı əməkdaşlıqda yeni, daha səmimi bir mənzərəni formalaşdırıb. 

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri H.Karadeniz də bununla bağlı fikirlərini bildirərkən qeyd edib ki, 15 iyulda gerçəkləşdirilmiş dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyə üçün tarixi qələbələr kimi eyni mahiyyət daşıyan hadisədir. Mətbuat müşaviri həmin vaxt Böyük Millət Məclisinə də terror həmləsi edildiyini, məclisin binasının dağıntılara məruz qaldığını xatırladıb. O əlavə edib ki, belə bir məşəqqətin daim yaddaşlarda qalması və unudulmaması üçün Türkiyənin Mətbuat və İnformasiya İdarəsi (TC Başbakanlıq Basın, Yayın ve Enfarmasyon Genel Müdürlüğü) tərəfindən xüsusi açıqcalar hazırlanıb. Orada Böyük Millət Məclisinin binasının dağıdılmış hissəsinin mənzərəsi və binadan qopan daş parçası əks olunub. H.Karadeniz həmin açıqcalardan birini Mətbuat Şurasına təqdim edib. 

Görüşdə Türkiyənin Mətbuat və İnformasiya İdarəsinin gerçəkləşdirdiyi təşəbbüsün təkcə Türkiyədə deyil, bütövlükdə dünyada terrora qarşı mühüm çağırış olduğu vurğulanıb.

 


17
mart
Mətbuat Şurası ilə Türkiyənin media qurumlarının təmsilçilərinin Əməkdaşlıq Memorandumu imzalanıb

-

ətraflı »
05
mart
Azərbaycan Mətbuat Şurasının «Apasport.az»a təbriki

-

ətraflı »
03
mart
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
03
mart
Türkiyənin Azərbaycandakı Səfiri Mətbuat Şurasında olub

-

ətraflı »
28
fevral
Azərbaycan Mətbuat Şurasının MÜRACİƏTİ

-

ətraflı »
28
fevral
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası iclasını keçirib

-

ətraflı »