Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
ATƏT-in Bakı layihə əlaqələndiricisi Azərbaycan Mətbuat Şurasında olub

 Aleksis Şahtaxtinski Azərbaycan Mətbuat Şurasında

ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski Azərbaycan Mətbuat Şurasında olub. Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsini həyata keçirən Şura indiyədək jurnalist peşəkarlığı ilə bağlı da çoxsaylı layihələr reallaşdırıb. Mövcud təşəbbüslər nəticəsində media nümayəndələrinin ayrı-ayrı sahələr üzrə ixtisaslaşmalarına zəruri dəstək göstərilib. 


MŞ-nin ATƏT-lə birgə layihələrindən bəsh edən Ə.Amaşov «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın təkmilləşdirilməsi və diffamasiya ilə bağlı qanun layihəsi üzərindəki səmərəli fəaliyyəti önə çəkib. 


ATƏT-in Bakı layihə əlaqələndiricisi A.Şahtaxtinski təmsil olunduğu təşkilatın Azərbaycanda jurnalist peşəkarlığı, media və informasiya azadlığı istiqamətindəki təşəbbüslərə önəm verdiyini vurğulayıb. Bununla bağlı konkret layihənin mövcudluğundan söz açıb. Bu kontekstdə MŞ İlə əməkdaşlığın zəruriliyinə toxunan cənab Şahtaxtinski etik prinsiplərə dair təlimlərin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. 


Görüşdə qarşılıqlı əməkdaşlığın digər müxtəlif aspektləri ətrafında da fikir mübadiləsi aparılıb. 


 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »