Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“Ekoloji stabillik və iqlim dəyişmələri mövzusü müasir mətbuatda” Tədris Proqramının təqdimatı keçiriləcək

Tədbir sabah – 30 noyabr 2011-ci il tarixdə saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq

Azərbaycan Mətbuat Şurasının YUNESKO-nun Moskva ofisinin birgə hazırladığı “Ekoloji stabillik və iqlim dəyişmələri mövzusü müasir mətbuatda” Tədris Proqramının təqdimatı keçiriləcək. Tədbir sabah – 30 noyabr 2011-ci il tarixdə saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində baş tutacaq. Qurumlar arasında imzalanmış müqaviləyə əsasən Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqram (KİBP) çərçivəsində reallaşdırılan “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişikliyini işıqlandırmaları sahəsində peşəkarlığınım artırılması məqsədilə tədris proqramının hazırlanması” layihəsi əsasında hazırlanmış proqram ekoloji mövzuda media təhsilinin müxtəlif istiqamətlərini nəzərdə tutur.

Tədbirdə MŞ-nin İdarə Heyətinin üzvləri, YUNESKO-nun Moskva ofisinin təmsilçiləri, ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri, media ekspertləri iştirak edəcəklər.

Toplantıda mövcud layihə çərçivəsində görülmüş işlər nəzərdən keçiriləcək, tədris proqramının spesifik cəhətləri təhlil olunacaq, ümumilikdə ekoloji mövzunun KİV-lərdə işıqlandırılması xüsusiyyətlərinin tədrisinin əhəmiyyətindən söhbət açılacaq.

Qeyd edək ki, YUNESKO-nun dəstəyi ilə icra olunan layihənin rəhbəri Azərbaycan Mətbuat Şurası, icraçı tərəfdaşlar isə YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »