Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

Gündəliyə ümumilikdə 15 məsələnin müzakirəsi daxil edilib

Bu gün Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Komissiyanın sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib. O bildirib ki, gündəliyə ümumilikdə 15 məsələnin müzakirəsi daxil edilib. Onlardan biri Şikayətlər üzrə Komissiyanın təqdimatına əsaslanıb.

 

Müzakirələrdən sonra «Kölgəli iqtisadiyyat və korrupsiya», «İqtisadiyyat və kölgə» qəzetlərinin MŞ-nin «qara siyahı»sına salınmasına dair rəy çıxarılıb. Bununla bağlı Şuranın İdarə Heyətinə müvafiq təqdimat verilməsi razılaşdırılıb. Məsələ ətrafındakı diskussiyalarda hər iki nəşrin eyni adama - Səfərov Həsən Səfər oğluna məxsus olduğu, kütləvi informasiya vasitələrində peşə davranışı qaydalarına tam etinasız yanaşıldığı vurğulanıb. Bildirilib ki, qəzetlərin yarıtmaz fəaliyyətilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya qarşı mübarizə İdarəsindən də müvafiq təqdimat daxil olub. Eyni zamanda MŞ-nin Şikayətlər üzrə Komissiyasının sonuncu iclasında «İqtisadiyyat və kölgə» qəzetindən şikayətlər nəzərdən keçirildiyi, mövcud xüsusda rəyin də çıxarıldığı diqqətə çatdırılıb.

 

İclasda həmçinin MŞ-nin «qara siyahı»sında yer almış bəzi KİV-lərin siyahıdan çıxarılması ilə bağlı müzakirələr də aparılıb. Bununla əlaqədar 20-dən artıq müraciətə baxılıb, MŞ-nin müvafiq təlimatına əsaslanılaraq prosedur fəaliyyət həyata keçirilib, müraciət müəllifləri dinlənilib.

 

 

 

 

 


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »