Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında türkiyəli media nümayəndələri ilə görüş keçirilib

-

Azərbaycan Mətbuat Şurasında ölkəmizdə səfərdə olan Türkiyənin GAP  Qəzetəcilər Birliyinin təmsilçiləri ilə görüş keçirilib. 

Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda yaradılmış Mətbuat Şurasının təcrübəsi bir çox qonşu ölkələrdə tətbiq edilir. Ə.Amaşov xüsusən də Şuranın şikayətlərin araşdırılması ilə bağlı gördüyü işlərdən söz açıb. Türkiyə və Azərbaycanın media qurumları arasındakı əlaqələrdən danışan MŞ sədri münasibətlərin daha da dərinləşməsini zəruriləşdirən səbəblər üzərində də dayanıb. Mövcud xüsusda ortaq dəyərlərimizin və həqiqətlərimizin təbliğinə duyulan ehtiyacı, dünyada mövcud olan ikili standartlar siyasətinə qarşı mübarizədə kütləvi informasiya vasitələrinin oynadıqların rolun əhəmiyyətini önə çəkib. 

 

GAP Qəzetəcilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, birliyin üzvləri Hatim Özpolat, Fəxrəddin Çelik, Mustafa Saim Ayhan və başqaları Türkiyə və Azərbaycan mediası arasında mövcud təmaslardakı konkret xüsusiyyətlərdən söz açıblar. Onlar da münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini əsaslandırıblar. Onlar həmçinin qondarma «erməni soyqırımı» iddiasının 100 illiyinin yaxınlaşdığı zaman kəsiyində erməni diaspor və lobbi təşkilatlarının təbliğatına qarşı məqsədyönlü əks təbliğatın aparılması üçün birgə fəaliyyətin koordinasiya edilməsinin zəruriliyini vurğulayıblar.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »