Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası Şirməmməd Hüseynovun 90 illik yubileyi ilə bağlı mərasim keçirib

-

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, mətbuatımızın əvəzedilməz tədqiqatçısı, Bakı Dövləit Universitetinin professoru Şirməmməd Hüseynovun 90 illik yubileyinə həsr olunmuş mərasim keçirilib. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilmiş tədbirin iştirakçıları öncə yubilyarın ömür yolu ilə bağlı «Ustad» sənədli filminə tamaşa ediblər. Şuranın «O film» studiyası ilə birgə layihəsi əsasında çəkilmiş, Ş.Hüseynovu dəyərli ziyalı, tələbkar pedaqoq, qayğıkeş ailə başçısı, əsl dost olaraq səciyyələndirən xüsusiyyətlərin ətraflı təhlil olunduğu film maraqla qarşılanıb.

Yubiley mərasimində çıxış edən MŞ sədri Əflatun Amaşov Ş.Hüseynovu Azərbaycan jurnalistlərinin müəllimi kimi xarakterizə edən cəhətlərdən söz açıb. Yubilyarın həyat və yaradıcılığının nəinki gənc nəsil, müasirləri üçün də örnək mahiyyətini vurğulayıb. Ə.Amaşov qocaman qələm sahibinin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsi sahəsində xidmətləri üzərində dayanaraq bildirib ki, Ş.Hüseynov mövcud istiqamətdəki fəaliyyəti ilə bütövlükdə Azərbaycan tarixinin zənginləşməsinə layiqli töhfə verib. «90 illik ömür yolunun hikməti neçə-neçə elmi monoqrafiyadan, məqalədən və digər sanballı nümunələrdən ibarətdir. Məhz buna görə də Şirməmməd müəllim canlı salnamədir. Ona dəyər vermək təkcə bu günümüz deyil, gələcəyimiz üçün də zəruridir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünən imzaladığı sərəncamla Şirməmməd Hüseynovun «Şərəf» ordeni ilə təltif edilməsi çox böyük hadisədir. Çünki yubilyarın yaradıcılıq fəlsəfəsinin qayəsində Azərbaycan xalqının varlığını, onun dünya xalqları arasındakı mövqeyini səciyyələndirən cəhətlər dayanır», - deyə Ə.Amaşov bildirib.

Yubilyar Şirməmməd Hüseynov yubiley mərasimindəki çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şəxsiyyətləri ilə bağlı tədqiqatlardakı spesifik məqamlardan, onları səciyyələndirən milli təəssübkeşlik xüsusiyyətlərindən, dövlətçilik ənənələrimizə sədaqət ruhunu yaşatmalarından söz açıb. Qocaman jurnalist həmçinin maraqlı replikaları ilə də diqqət çəkib. Yubilyarın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini görmək arzusu mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Milli Məclisin deputatı, MŞ İdarə Heyətinin üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov yubilyarı böyük ictimai fikir daşıyıcısı kimi xarakterizə edib. Ş.Hüseynovun bu missiyasını istər uzun illər Azərbaycanın Dövlət Televiziyasında siyasi icmalçı olaraq fəaliyyət göstərdiyi zamanlarda, istərsə də səmərəli elmi və pedaqoji fəaliyyəti müstəvisində ləyaqətlə yerinə yetirdiyini önə çəkib.

Milli Məclisin deputatı, tanınmış ədəbiyyatşünas və publisist Rafael Hüseynov bildirib ki, Ş.Hüseynovun 90 illik yubileyi milli istiqlal düşüncəsimizin bayramıdır: «Məmməd Əmin Rəsulzadə «bir kərə yüksələn bayraq, bir daha enməz» demişdi. Şirməmməd müəllim özünün yaradıcılıq dünyası ilə bu kəlamın daşıdığı missiyanı yaşadan, zənginləşdirən şəxsiyyətdir. Onun ruhu bütövlükdə millətin ruhudur».

Milli Məclisin deputatı, MŞ İdarə Heyətinin üzvü Cavanşir Feyziyev Azərbaycanda milli mətbuatın, ictimai fikir ənənələrinin dolğunlaşmasında ayrı-ayrı görkəmli şəxsiyyətlərin böyük rol oynadıqlarını vurğulayıb. O bildirib ki, həmin şəxsiyyətlərin yaradıcılığı uca zirvədir. «Bu gün qətiyyətlə demək olar ki, Şirməmməd Hüseynov şəxsiyyəti də böyük yaradıcılıq zirvəsidir», - deyə o vurğulayıb.

Ş.Hüseynovun pedaqoq, tədqiqatçı və jurnalist kimi Azərbaycan xalqı qarşısındakı xidmətlərinin misilsiz olduğunu deyən əməkdar jurnalist, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov qeyd edib ki, yubilyar prinsipiallıq, işgüzarlıq və obyektivlik nümunəsidir.

ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev çıxışına ANS telekanalının da həyatında Şirməmməd Hüseynovun rolunu vurğulamaqla başlayıb. Bununla bağlı bir sıra konkret məqamlara toxunan M.Ağayev həmçinin bildirib ki, yubilyarın 90 yaşında Azərbaycanın ictimai fikir tarixində müstəsna rol oynamış bir çox ədiblərin ömürlərindən illər var. Bu mənada Ş.Hüseynov həmin böyük simaların yaradıcılığını tədqiq edərək Azərbaycan ictimaiyyətinə çatdırmaq üçün daha çox yaşayıb-yaratmalıdır.

Bakı Slavyan Universitetinin jurnalistika fakultəsinin dekanı Aynur Bəşirli özünün elmi yaradıcılığında Ş.Hüseynovun mühüm rol oynadığını deyib. Yubilyarı qayğıkeş müəllim kimi səciyyələndirən xüsusiyyətlərdən hər bir tələbənin pay götürdüynü diqqətə çatdırıb.



15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »