Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə şəhid jurnalistlər yad edilib

-

Xocalı soyqırımının ildönümü günlərində Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə ölkə mediasının təmsilçiləri Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olmuş və Şəhidlər Xiyabanında uyuyan jurnalistlərin— milli qəhrəmanlar Alı Mustafayevin, Salatın Əsgərovanın, Fəxrəddin Şahbazovun, Çingiz Mustafayevin və Kazımağa Kazımovun məzarlarını ziyarət etmiş, xatirələrini ehtiramla yad etmişlər. Jurnalistlər mərhum həmkarlarının məzarlarının üstünə tər çiçəklər düzmüş, onların ruhuna dualar oxumuşlar.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun qonağı olan Macarıstandan olan media qrupunun üzvlərinin də qatıldıqları anım mərasimində çıxış edən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov bildirib ki, Qarabağ münaqişəsi başlayan gündən ölkə jurnalistləri təkcə qələmləri ilə deyil, həm də əldə silah torpaqlarımızın müdafiəsinə qalxmışlar. Bu mübarizədə canını qurban verən necə-necə jurnalistin ömür yolu milli jurnalistikamızın qüruruna çevrilib. Onların  əziz xatirəsi xalqımızın qəlbində yaşayır.

Ahıl jurnalist Hacı Mehman, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Teleradio QSC Həmkarlar İttifaqı Komitəsinin sədri Sərhəd Qasımov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri Vüqar Rəhimzadə, Tapdıq Abbas və digər media təmsilçiləri şəhid jurnalistlərin hər biri barədə unudulmaz xatirələrini söyləmiş, onların hünər yolunun solmaz səhifələrini yada salmışlar.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »