Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası Müəllif Hüquqları Agentliyi ilə birgə KİV-lərd müəlliflik hüququ məsələlərini müzakirə etdi

Antipirat Məsələlər üzrə səlahiyyətli Komissiyanın yaradıması qərar alındı

Bu gün Müəllif Hüquqları Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Kütləvi İnformasiya Vasitələrində (KİV) müəlliflik hüququ: problemlər və həlli yolları” mövzusunda “dəyirmi masa” keçirilib.

Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov müəlliflik hüququnun obyekti olan əsərlərdə informasiyanın şərh olunduğunu, təhlil edildiyini deyib. Onun sözlərinə görə, informasiya jurnalist tərəfindən işlənib fərdiləşdirilir, subyektiv fikir və mülahizələrlə zənginləşdirilir. Ancaq müəlliflik hüququnun obyektlərindən fərqli olaraq, “xəbər formatlı” ilkin informasiyada yaradıcılıq əlaməti yoxdur: “Bbu gün internet-nəşrlərin 30 faizi həqiqətən günün yeniliklərini yaradır, qalan 70 faizi isə sadəcə, köçürür. Əgər internet şəbəkəsində fonoqram istehsalçılarının hüquqlarının pozulması bir qayda olaraq, adi vətəndaş-şəbəkə istifadəçiləri tərəfindən törədilirsə internet-nəşrlərin hüquqları şəbəkədə elə internet nəşrləri tərəfindən pozulur”. 

Agentlik direktoru qeyd edib ki, ilkin informasiya müəlliflik hüququnun obyekti olan əsər sayılmadığından bəziləri fikirləşirlər ki, onlardan sərbəst istifadə etmək olar və peşəkar jurnalist üçün də xəbəri öz sözləri ilə yazmaq, ilkin mənbəyə istinad etmədən öz saytında yerləşdirmək elə də çətin deyil: “Lakin bu, düzgün deyil. Yenilik haqqında xəbərlər və faktlar müəlliflik hüququ ilə qorunmasa da, onlar ictimaiyyətə operativ və vaxtında çatdırılmaqla bağlı müvafiq dəyərə malikdir. Əgər hansısa agentlik xəbərləri mənimsəyirsə və onları özünün məhsulu kimi qələmə verirsə, deməli, həmin informasiya agentliyi özgə əməyini mənimsəyir. O, rəqiblərin məhsulundan qeyri-qanuni istifadə etdiyi üçün “Haqsız rəqabət haqqında” qanuna müvafiq olaraq məsuliyyət daşıyır” . 

Yaxın vaxtlarda mətbuatımızın yaranmasının 135 illiyinin qeyd olunacağını xatırladan Mətbuat Şurasının sədri Əflatun Amaşov bu tədbiri mediaya bir töhfə kimi dəyərləndirib: Vacib odur ki, jurnalist müəlliflik hüquqları barədə biliklərə malik olsun. Jurnalist bilməlidir ki, Füzulinin, Bəxtiyar Vahabzadənin əsərindən istifadə edilərkən, bu əsər çap olunarkən müəlliflik hüququ necə qorunur. Digər tərəfdən, bəzən bir qəzetdə çap olunmuş məqalə başqa bir qəzetdə müəllifin adı ilə çap olunur. Bu günlərdə APA İnformasiya Agentliyinin baş direktoru Vüsalə xanım söhbətimizdə bildirdi ki, qəzetlər və telekanallar agentliyin xəbərlərindən istinadsız istifadə edir. Bu da ciddi bir problemdir. Fotoşəkillərdən istifadə ilə bağlı da bir çox suallar var”. 

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev, media qurumlarının rəhbərləri də mövzu ilə bağlı fikirlərini söyləyiblər.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »