Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasında rusiyalı jurnalistlərlə görüş keçirilib

-

Oktyabrın 27-də Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin ölkəmizdə işgüzar səfərdə olan bir qrupu Azərbaycan Mətbuat Şurasında olub. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu qonaqları salamlayaraq onlara Şuranın strukturu və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.


U.Rəhimoğlu bildirib ki, 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradılan Mətbuat Şurasının əsas missiyası media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir. Bu xüsusda müxtəlif vəzifəli, peşəli insanların, dövlət qurumlarının və ictimai təşkilatların təmsilçilərinin media ilə əlaqədar müraciətləri araşdırılır. Hər il yüzlərlə şikayət həllini tapır ki, nəticədə jurnalistlərin məhkəmə prosesləri ilə üzləşmələri halları minimuma enir.

Sədr müavini Mətbuat Şurasının geniş beynəlxalq əlaqələrindən, bir sıra mötəbər tədbirlərə ev sahibliyindən söhbət açarkən qurumun postsovet  məkanında model kimi qəbuluna da diqqəti çəkib. O, Şuranın tədbirlər planında seçkilərin işıqlandırılmasında KİV-lərinin fəal iştirakı məsələlərinə də önəm verildiyini vurğulayıb. Bu mövzudakı toplantıların fəal diskussiyalar şəraitində, əməli təkliflərin irəli sürülməsi ilə yadda qaldığını deyib.
Sonra qonaqların medianın parlament seçkilərini işıqlandırmasına yaradılan şəraitlə bağlı sualları cavablandırılıb. Görüşdə həmçinin KİV-lərimizin maddi-texniki  bazasının inkişafı, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması, Mətbuat Şurasının fəaliyyətinin spesifik tərəfləri ətrafında da müzakirələr gedib.    


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »