Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası iclasını keçirib

-

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyaiclası keçirib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşfiq Ələsgərlinin başçılıq etdiyi komissiyanın üzvləri 5 müraciətə baxaraq müvafiq rəylər qəbul ediblər.

Öncə Bakı Biznes Universitetinin «xalqxeber.az» saytı barədə şikayəti araşdırılıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, narazılıq doğuran yazılarda etik prinsiplərin bir sıra tələbləri pozulub. Saytın baş redaktoru Peyman Sadıqov iradlarla razılaşaraq həmin materialların kütləvi informasiya vasitəsindən götürüldüyünü deyib. O həmçinin komissiyanın təkzib verilməsi barədə tövsiyəsinə də əməl edəcəyini bildirib.

Bakı şəhər sakini Natavan Məmmədovanın «Zəfər qalası» qəzetində onun haqqında gedən yazıda şərəf və ləyaqətinin təhqirinə yönələn fikir və ifadələrin, həqiqəti əks etdirməyən məlumatların yer alması barədə şikayətinin müzakirəsində qənaətə gəlinib ki, bütün bunlar ilk növbədə balans prinsipinin tələblərinin gözlənilməməsindən, qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməməsindən qaynaqlanıb. Ona görə də bu mətbu orqana qarşı tərəfdən üzr istənilməsi, təkzib verilməsi tövsiyə olunub.

«Altes Qrup» MMC-nin və «Avromed» QTSC-nin bir sıra saytlarla bağlı müraciətləri araşdırılarkən iki məqama diqqət yetirilib. Qeyd edilib ki, hər iki qurumun şikayətinə səbəb məlumatlarda balans prinsipinin tələbləri açıq-aşkar pozulub. Lakin muraciətlərdə  həmin materialları yayımlayan ən azı 10-15 saytın adı çəkilib ki, bu da konkret olaraq cavabdehliyin kimin üzərinə düşdüyünün müəyyənləşdirməsinə çətinliklər yaradıb.  Komissiya Mətbuat Şurasına müraciət etmək istəyən hər bir şəxsə və quruma həmin amili  nəzərə almalarını tövsiyə edib.

«Legion» İnformasiya Agentliyinin müraciətinə baxılarkən bildirilib ki, məsələ eyni zamanda hüquqi müstəvidə araşdırılmaqdadır. MŞ-nin «Mətbuat Şurasına şikayətlərin verilməsi və onlara baxılma qaydaları»nda isə göstərilir ki, məsələyə məhkəmədə baxılıbsa  və yaxud həmin iş üzrə hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılırsa Mətbuat Şurası şikayəti müzakirəyə çıxartmır. 

 

 

 


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »