Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında veteran jurnalist Firudin Rəsulovun 75 illiyi qeyd edilib

"75 illik ömrü nümunəyə çevirmək hər adama nəsib olmur..."

Bu gün Azərbaycan Mətbuat Şurasında tanınmış veteran jurnalist Firudin Rəsulovun 75 illik yubileyi ilə bağlı mərasim keçirilib. Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum özünün «Unutmayaq ki, unudulmayaq» layihəsi çərçivəsində ömrünü-gününü jurnalistika peşəsinə sərf etmiş şəxslərin həyat və yaradıcılığı ilə bağlı silsilə tədbirlər gerçəkləşdirməkdədir. «Bu gün sizlər növbəti belə tədbirin iştirakçısısınız. Haqqında ürək sözlərimizi bölüşəcəyimiz şəxs isə hamımızın yaxşı tanıdığı, həyat yoluna və yaradıcılığına böyük rəğbət bəslədiyimiz Firudin müəllim Rəsulovdur. 75 illik ömrü nümunəyə çevirmək hər adama nəsib olmur. Firudin müəllim bunu bacaranlardandır. Elə bilirəm, burada əyləşənlərin hər birinin onun haqqında bölüşəcəyi fikirlər, xatirələr çoxdur», - deyən Ə.Amaşov F.Rəsulov kimi jurnalistlərin gənc nəslə örnək səciyyə daşıyan fəaliyyətlərinin dərindən öyrənilməsinə, onların əməklərinin qiymətləndirilməsinə ehtiyacı cəmiyyətin marağından irəli gələn tələbat adlandırıb. MŞ sədri yubilyara rəhbərlik etdiyi qurumun fəxri diplomunu təqdim edib. 


Tədbirdə çıxış edənlər 75 yaşının işığına toplaşdıqları F.Rəsulovu peşəkar və prinsipial jurnalist, qayğıkeş rəhbər, gözəl insan kimi xarakterizə ediblər. MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov, Şuranın İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, nəşrin əməkdaşları İsaq Əmənullayev, Telman Əliyev, Qüdrət Piriyev, veteran jurnalistlər - Məzahir Süleymanzadə, Fazil Rəhmanzadə, Əlirza Xələfli, şair, publisist Mədət Əyyub, «Bütöv Azərbaycan» qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu, yubilyarın 10 il işlədiyi «Azərsu» ASC-nin əməkdaşı Heydər Abbasov və başqaları F.Rəsulovu jurnalist ictimaiyyətinin sevimlisinə çevirən cəhətlərdən söz açıblar, onunla bağlı xatirələrini bölüşüblər. Doğmaları Maqsud Qasımov və Rəhim Rəsulov 75 yaşlı jurnalistin təkcə peşəsinə deyil, eyni zamanda doğma yurduna bağlılığını təsdiqləyən ayrı-ayrı epizodik məqamları diqqətə çatdırıblar. Mərasimdə yubilyara uzun müddət fəaliyyət göstərdiyi «Xalq qəzeti»nin xatirə hədiyyələri də təqdim olunub.


Sonda çıxış edən F.Rəsulov əməyinə verdikləri qiymətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. 


Qeyd edək ki, Firudin Yusif oğlu Rəsulov 1938-ci il martın 25-də Qərbi Azərbaycanda anadan olub. 1959-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub. Jurnalistika sahəsindəki əmək fəaliyyətinə 1962-ci ildə Azərbaycan KP MK-nın Nazirlər Sovetinin nəşri kimi işıq üzü görən «Abşeron» qəzetində korrektor vəzifəsində başlayıb. Həmin qəzetdə şöbə müdiri və məsul katib vəzifələrini tutub. 1969-cu ildə o zamanın nüfuzlu «Kommunist» (indiki «Xalq qəzeti») qəzetinə dəvət edilib. Burada məsul katibin müavini, ədəbi işçi, müxbir, şöbə müdiri, müxtəlif bölgələr üzrə xüsusi müxbir kimi fəaliyyət göstərib. 1992-ci ildə «Həyat» qəzetinin şöbə müdiri, 2 il sonra isə nəşrin baş redaktoru olub. Hazırda pensiyada olan F.Rəsulov 2002-ci ildən başlayaraq on il müddətində «Azərsu» ASC-də işləyib. Jurnalist 1988-ci ilin noyabrında «Kommunist» qəzetində gedən «Topxananın harayı» adlı yazısı, eləcə də Azərbaycan həqiqətlərinin çatdırılması sahəsindəki digər yaradılıcıq nümunələri ilə ölkəmizin müstəqilliyinə qovuşmasında müstəsna xidmətlər göstərmiş qələm sahiblərindən sayılır. 


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »