Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Azərbaycan və Türkiyə mediası: qarşılıqlı əməkdaşlığın təcrübədən peşəkarlığa aparan yolu» adlı birgə layihəyə start verildi

Türkiyə ilə bağlı yazı müsabiqəsinin təşkilinin nəzərdə tutulduğu vurğulanıb

Bu gün Azərbaycan Mətbuat Şurasında «Azərbaycan və Türkiyə mediası: qarşılıqlı əməkdaşlığın təcrübədən peşəkarlığa aparan yolu» layihəsi ilə bağlı kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüş keçirilib. 

Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, sözügedən layihə rəhbərlik etdiyi qurumun, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Türkiyənin Azərbaycandakı Səfirliyinin və Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan Nümayəndəliyinin birgə təşəbbüsüdür. Məqsəd Azərbaycan və Türkiyənin media vasitələri arasında təcrübə mübadiləsi prosesini daha da sürətləndirməkdən, media vasitələrinin qlobal informasiya məkanında birgə iştirakına yönələn səmərəli əməkdaşlığını möhkəmləndirməkdən, media peşəkarlığının yüksəldilməsinə, informasiya texnologiyalarının mediada tətbiqinə dair yeniliklərdən faydalanmaqdan, Azərbaycanda jurnalistika təhsili sahəsindəki fəaliyyəti stimullaşdırmaqdan, ümumən hər iki ölkə cəmiyyətlərinin bir-birini daha yaxından tanımalarına dəstək olmaqdan ibarətdir. 

Layihə çərçivəsində görüləcək işlər barədə məlumat verən Ə.Amaşov internet media ilə əlaqədar beynəlxalq konfransın, azərbaycanlı və türkiyəli jurnalistlərin qarşılıqlı səfərlərinin, həmçinin ölkəmizin ali məktəblərinin jurnalistika fakultələrinin tələbələri arasında Türkiyə ilə bağlı yazı müsabiqəsinin təşkilinin nəzərdə tutulduğunu vurğulayıb. 

Görüşdə iştirak edənlərdən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, TİKA-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mustafa Haşim Polat, MŞ İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatları Aqil Abbas və Cavanşir Feyziyev, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, həmçinin “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, qafqazinfo.az saytının baş. redaktoru Elburus Ərud, jurnalist Seymur Verdizadə və başqaları mövzu ətrafındakı müzakirələrdə birgə təşəbbüsün faydalı alınması üçün təkliflərini səsləndiriblər. 

Görüşdə qərara alınıb ki, layihə çərçivəsində görüləcək işlərin yaxından izlənilməsi üçün aparıcı təşkilatların rəhbərlərindən ibarət işçi qrupu yaradılsın və vahid fəaliyyət xətti müəyyənləşdirilsin. 


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »