Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“Amnesty International”ın təmsilçiləri Azərbaycan Mətbuat Şurasında olublar

Görüşdə söz və mətbuat azadlığının müxtəlif aspektlərinə dair geniş fikir mübadilələri aparılıb

“Amnesty International”ın təmsilçiləri Azərbaycan Mətbuat Şurasında olublar

Martın 16-da “Amnesty International” insan hüquqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsi üzrə direktor muavini Con Dalhizen, həmin proqram üzrə tədqiqatçısı Natalia Nozadze və əlaqələndirici Maks Taker Azərbaycan Mətbuat Şurasında olublar.

Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov əvvəlcə rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə danışıb. O bildirib ki, Mətbuat Şurası yarandığı gündən, istər media peşəkarlığının artırılmasına, istərsə də mətbuatla dövlət qurumları arasında problemlərin həllinə yönələn müxtəlif tədbirlər həyata keçirib.

MŞ sədri Əflatun Amaşov, həmçinin, Azərbaycanda media sahəsində görülən işlər barədə məlumat verib. O, bu tədbirlər sırasında kütləvi informasiya vasitələrinin iqtisadi imkanlarının genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb. «Mediamız gənc olduğundan problemlərdən də uzaq deyil. Bunlar istər jurnalist peşəkarlığını, istər jurnalistlərin informasiya ilə təminatını, istərsə də digər sahələri əhatə edir. Ən başlıcası iqtisadi problemlərdir. Onların aradan qalıdırılması istiqamətində işlər aparılır. Bu məqsədlə Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Fondu yaradılıb və qurum siyasi yönümündən asılı olamayaraq bütün mətbuat orqanlarına iqtisadi yardım göstərməkdə, onların ictimai sosial-iqtisadi,mədəni həyatın müxtəlif sahələrinə dair layihələrini maliyələşdirməkdədir”, - deyə o bildirib.

Şura sədri daha sonra, bildirib ki, rəhbərlik etdiyi qurum hazırda ənənəvi iş prinsipləri ilə yanaşı, daha iki istiqamətdə aktiv fəaliyyətdədir. Bunlardan birincisi, mətbuatın iqtisadi durumunun yaxşılaşdırılmasına dəstək məqsədilə reklam və elanların KİV-lərdə yerləşdirilməsi təcrübəsinin öyrənilməsi, ikincisi ölkədə diffamasiya haqqında qanunun qəbuluna nail olmaqdır. «İkinci məsələ ilə bağlı ötən ilin martından ATƏT-lə birgə iş aparmaqdayıq. Ortaq layihə çərçivəsində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na əlavə və dəyişikliklər edilib. Beynəlxalq ekspertlərin iştirakı ilə baş tutan konfransda sənədin yeni variantı media ictimaiyyətinə təqdim edilib və bəyənilib. Burada əsas məqsəd diffamasiya mühitində jurnalist məsuliyyətini möhkəmləndirmək idi ki, peşə davranışı qaydalarının yeni, təkmil variantında məhz bu məqama diqqət yetirilib. İndi isə bilavasitə diffamasiya haqqında qanun üzərində iş aparırıq. Artıq tamamlama mərhələsindəyik. Ümid edirəm ki, məsələ tezliklə həllini tapacaq», deyə o vurğulayıb.

“Amnesty International” insan hüquqları təşkilatının Avropa və Mərkəzi Asiya bölməsi üzrə direktor muavini Con Dalhizen ölkəmizə səfərlərinin məqsədlərindən danışıb. O, təmsil olunduğu təşkilatın Azərbaycanda media və insan haqları ilə bağlı geniş hesabat hazırladıqlarını bildirib. Bu məqsədlə onların bir sıra qəzet redaktorları, dövlət və qeyri hökümət orqanlarının rəhbərləri ilə görüşdükləri haqda məlumat verib. Con Dalhizen insan hüquqlarının qorunmasının demokratikləşmədə vacib amil olduğunu vurğulayaraq medianın prosesdə iştirakının və buna zəruri şərait yaradılmasının vacibliyini önə çəkib.

Görüşdə söz və mətbuat azadlığının müxtəlif aspektlərinə dair geniş fikir mübadilələri aparılıb.



20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »