Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasında diffamasiya ilə bağlı müzakirə keçiriləcək

Tədbir ATƏT-ın Bakı ofisinin birgə təşəbbüsü ilə keçiriləcək

Sabah saat 12.00-da Azərbaycan Mətbuat Şurasının ATƏT-ın Bakı ofisinin birgə təşəbbüsü ilə diffamasiya haqqında qanun layihəsi ətrafında müzakirə keçiriləcək. MŞ-nin ofisində baş tutacaq toplantıda hər iki qurumun nümayəndələri ilə yanaşı, kütləvi informasiya vasitələri rəhbərlərinin, jurnalist birliklərinin təmsilçilərinin, media ekspertlərinin iştirakı nəzərdə tutulur.  

Qeyd edək ki, Mətbuat Şurası və ATƏT 2010-cu ilin martından «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın təkmilləşdirilməsi və diffamasiya haqqında qanunun qəbulunun sürətləndirilməsi ilə bağlı birgə layihə həyata keçirməkdədir. Ötən ilin sentyabrında layihənin birinci istiqaməti üzrə işlər tamamlanıb. Həmin vaxt Bakıda təşkil olunan beynəlxalq konfransda AJPDQ-nın yeni təkmilləşdirilmiş variantı ictimaiyyətə təqdim olunub. Layihənin ikinci istiqaməti - diffamasiya haqqında qanunun qəbulu ilə bağlı mayın 11-də Bakıda ATƏT-in və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə beynəlxalq konfransın təşkili də planlaşdırılıb. Həmin toplantıda ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin, həmçinin xarici media ekspertlərinin və KİV təmsilçilərinin iştirakı nəzərdə tutulur.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »