Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Görkəmli jurnalist Tofiq Rüstəmovla bağlı anım tədbiri keçiriləcək

Anım mərasimi mərhumun doğulduğu Quba rayonunda baş tutacaq

Mayın 7-də görkəmli alim, jurnalist və ictimai xadim Tofiq Rüstəmovun 75 illiyi ilə bağlı anım mərasimi keçiriləcək. Mərhumun doğulduğu Quba rayonunda baş tutacaq toplantıda Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvləri, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin müəllimləri, yerli icra hakimiyyətinin nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edəcəklər. 

Qeyd edək ki, T.Rüstəmov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsinə daxil olub. Ali təhsilini başa vurandan sonra sovet dövrünün ən nüfuzlu qəzetlərindən sayılan "Uçitelskaya qazeta"nın respublikamızda xüsusi müxbiri işləyib. Mərhumun jurnalistik fəaliyyətinin 10 ili Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində keçib. Burada o, tərcüməçilikdən informasiya verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsinədək yüksəlib. Şəxsi təşəbbüsü və axtarışları sayəsində dönə-dönə xatırlanan "Ulduz" radio proqramı ərsəyə gəlib. Səmərəli fəaliyyətinə görə 1967-ci ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. Müxtəlif illərdə Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, ADU-nun partiya komitəsinin katibi, Azərbaycan KP MK-nın ideologiya şöbəsi müdiri, Azərbaycan SSR Ali Sovetinin deputatı və Milli Məclisin üzvü olub. 1990-1995-ci illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetinin baş redaktoru vəzifəsində çalışıb.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »